".NET deep dive: CLR & IL" seminarı
6 may 2019-cu il tarixində “.NET Deep Dive: CLR & IL” mövzusunda veb proqramlaşdırma tədrisinin müəllimi Tural Süleymaninin təqdimatında Code Academy-nin məzun və tələbələri üçün seminar baş tutdu. Seminarda .NET frameworkün daxili strukturu, CLR-ın və Assembly fayllarının daxili quruluşu və İL dilini nəzərdə keçirilib, sonda İL dilində bir neçə kod nümunəsi yazıldı. Seminarın əsas məqsədi CLR və İL-ə yönəldiyi üçün IL dilində kiçik proqramların yazılışı haqda müzakirə aparıldı, .NET platforması haqda tam təəssüratın olması üçün CİL,CTS, CLS, FCL və BCL anlayışlarına detallı şəkildə baxıldı. Məzunlar və tələbələr semianrın praktiki hissəsində CLS spesifikasiyasını real praktikada tətbiqini də öyrəndilər.