Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Digital Marketing Professional – DMI Pro

#DigitalBurada

digital-marketinq

Digital Marketing Professional – DMI Pro

#DigitalBurada

Niyə Digital Marketinq?
Digital Marketinq tədris proqramı Code Academy ilə İrlandiya mərkəzli Digital Marketing İnstitute-un eksklüziv partnyorluğu əsasında tədris edilir. Eksklüziv partnyorluq nəticəsində Code Academy-nin Digital Marketinq tədris proqramı beynəlxalq standarta uyğun olaraq hazırlanmışdır və bu proqramdan məzun olan tələbələr ödənişsiz şəkildə beynəlxalq “Certified Digital Marketing Professional” sertifikat imtahanına daxil olaraq bu sertifikatı əldə etmək imkanına sahib olurlar.

Code Academy-nin ən böyük üstünlüyü məzunlarına Digital Marketinq sektorundakı potensial işçilər arasında prioritet namizəd olaraq seçilməyə və öz karyeralarını inkişaf etdirməyə köməklik edən təhsil sistemi təqdim etməyidir. Code Academy-dəki tədris proqramının 55%-i praktika üzərində qurulub. Proqramın sonunda buraxılış layihələrini müvəffəqiyyətlə başa vuran tələbələr karyera hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.

Kimlər üçündür?

Tədris proqramında sosial media, marketinq, e-ticarət və digital dünya ilə maraqlanan və karyeralarını bu sahələrdə Digital Marketinq üzrə mütəxəssis kimi davam etdirmək istəyən şəxslər iştirak edə bilər.

tədris

proqramı

Digital Marketing Professional – DMI tədris proqramının məqsədi sadəcə digital media texnologiyaları üzrə mütəxəssis hazırlamaq deyil, həm də bu texnologiyaları düzgün istifadə edib Digital Marketinq kampaniyalarını idarə edə bilən və sektorun professionallara olan ehtiyacını qarşılayacaq məzunlar hazırlamaqdır.
Bu modul digital marketinqin əsas prinsiplərini və məqsədlərini əhatə edir. Modul sizə aydın, həyata keçirilə bilən biznes hədəfləri müəyyən etmək, digital araşdırma apararaq auditoriyanız və sektorunuz haqqında insight-lar əldə etmək, müştərilərinizlə effektiv kommunikasiya yaradaraq tam inteqrasiya olunmuş 360 dərəcə digital marketinq kampaniyasının təməllərini hazırlamağa imkan verəcəkdir.
Bu modul veb saytın effektiv dizaynını və veb saytın optimallaşdırılmasının əsas anlayışlarını əhatə edir. Bu sizə WordPress istifadə edərək sadə, yaxşı tərtib edilmiş və optimallaşdırılmış veb sayt qurmaq imkanını verəcəkdir. Modul veb saytların fəaliyyətini izləmək və nəticələri ölçmək üçün statistikadan necə istifadə olunacağını da əhatə edir.
Bu modul Digital Marketinq üçün əsas sosial media platformalarını əhatə edir və sosial medianın biznes məqsədli necə istifadə ediləcəyini göstərir. Sosial media auditoriyasını böyütmək və cəlb etmək üçün ən yaxşı üsulları və təcrübələri izah edir. Həmçinin əsas sosial platformalarda effektiv ödənişli reklam kampaniyalarının necə qurulacağını öyrədir.
Bu modul kontent marketinqin əsas prinsiplərini əhatə edir. Kontent marketinq strategiyasını yaratmaq, planlaşdırmaq və həyata keçirmək üçün tələb olunan bilik və bacarıqları aşılayır. Kontentin yaradılması, təkmilləşdirilməsi, planlaşdırma vasitələri və təşviq üsullarından istifadə edərək onun dəyərini artırmağı əhatə edir.
Bu modul SEO-nun əsasları və axtarış motorlarının necə işlədiyindən başlayır. SEO hədəflərini biznes məqsədləri ilə uyğunlaşdırmağın nə üçün vacib olduğunu izah edir. Veb sayta düzgün ziyarətçi gətirən SEO kontent planını qurmaq üçün açar söz və rəqib araşdırmalarından necə istifadə olunacağını izah edir.
Bu modulun əsasları Display və Video reklamı ilə başlayır. Bir YouTube kanalının necə qurulacağını və idarə olunacağını nümayiş etdirir. Google Display Şəbəkəsi və YouTube’da mövcud olan reklam formatlarını əhatə edir. Display və Video kampaniyalarının necə qurulduğunu və idarə olunduğunu göstərir. Ayrıca, auditoriyanı necə düzgün hədəfləməli olduğunuzu izah edir.
Bu modul Google Ads istifadə edərək ödənişli axtarış kampaniyalarının necə yaradılması və idarə olunmasını öyrədir. Auksionunun əsas anlayışlarını, reklam büdcələrini necə idarə etməyi və ödənişli axtarış kampaniyalarını necə optimallaşdırmağı izah edir. Ayrıca, Google Analytics və Google Search Console-dan istifadə edərək axtarış kampaniyalarının performansını necə ölçməyi və hesabat verməyi əhatə edir.
Bu modul e-mail marketinqinin əsasları və effektiv bir e-mail marketinq strategiyasının necə qurulmasından başlayır. Seqmentləşdirmə, şəxsiləşdirmə, məlumatların qorunması ilə bağlı qanunvericilikdən bəhs edir. Modul əsas e-mail marketinq vasitələri və üsulları ilə yanaşı, abunə olanların siyahısı və e-mail dizaynının ən yaxşı təcrübələrini araşdırır. E-mail-ın açılması, klik sayı və marketinqin avtomatlaşdırılması vasitələri ilə e-mail kampaniyasını yaratmaq, test etmək və optimallaşdırmaq yollarını əhatə edir.
Google Analytics-in necə qurulduğunu, konfiqurasiyasını, veb saytın trafiki və izləyiciləri haqqında məlumatları əldə etmək üçün Google Analytics izləmə kodu quraşdırmağı izah edir. Kampaniyaları izləmək və təhlil etmək üçün Google Analytics hesabatlarından və xüsusiyyətlərindən necə istifadə ediləcəyi barədə ətraflı məlumat verilir.
Bu modul effektiv digital marketinq strategiyasının əsas komponentlərini müəyyənləşdirir. Effektiv büdcə planının hazırlanması və ROI-nin ölçülməsi yollarını izah edir. Kanal seçimi, düzgün mesaj, aydın, effektiv hədəflər və ölçülə bilən KPI-ların necə qurulacağını əhatə edir. Modul ümumi plan, ödənişli media planı, kampaniyanın fəaliyyət planı və digital marketinq strategiyasının necə həyata keçiriləcəyini izah etməklə başa çatır.

bizim

müəllimlər

Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz

Fuad Əlizadə

Nahid Məmmədzadə

tədris üzrə

sertifikatlar

Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş əlavə tədris müəssisəsi olaraq bitirmə layihələrini uğurla təhvil verən tələbələr Code Academy-nin məzun diplomu ilə təltif olunacaqlar. Tələbələrimizə məzun, şərəf məzunu və yüksək şərəf məzunu dərəcələri tətbiq olunacaqdır.
Eksklüziv partnyorluq nəticəsində Code Academy-nin Digital Marketinq tədris proqramı beynəlxalq standarta uyğun olaraq hazırlanmışdır və bu proqramdan məzun olan tələbələr ödənişsiz şəkildə beynəlxalq “Certified Digital Marketing Professional” sertifikat imtahanına daxil olaraq bu sertifikatı əldə etmək imkanına sahib olurlar.

Qəbul

prosesimiz

Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
muraciet

Onlayn müraciət et

Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin et.

proqram-meslehet

Proqram Məsləhətçisi ilə görüş

Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ol, şərtlər haqqında detallı məlumat al və mütəxəssis ilə görüşüb suallarına cavab tap.

odenis-novu

Ödəniş növü və dərs vaxtını seç

Seçimlərinə bağlı olaraq tədrisin müddəti  qrafiki ilə tanış ol, qiymətini öyrən.

imtahan

İmtahanda iştirak et

İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili biliklərin yoxlanılacaq. Uyğun balı topla və birbaşa tədrisə keç.

qeydiyyat

Qeydiyyatdan keç

Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamla.

tədrisin

formaları

sep-line

Campus

Tələbələrimiz akademiyaya gələrək dərslərdə birbaşa iştirak edib tədrisə yiyələnə bilərlər.

Online Campus

Online qeydiyyatdan keçərək sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edib tədris proqramının tərkib hissələrini təhvil verib məzun ola bilərlər.

Növbəti

başlayacaq qruplar

22 Aprel

Digital Marketing Professional – DMI Pro

I-IV günlər

Saat:

19:00-21:45

Tədris forması:

Campus | Online Campus

27 Aprel

Digital Marketing Professional – DMI Pro

həftə sonu

Saat:

10:00-14:45

Tədris forması:

Campus | Online Campus

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Digital Marketinq tədris proqramı Code Academy ilə İrlandiya mərkəzli Digital Marketing İnstitute-un eksklüziv partnyorluğu əsasında tədris edilir. Eksklüziv partnyorluq nəticəsində Code Academy-nin Digital Marketinq tədris proqramı beynəlxalq standarta uyğun olaraq hazırlanmışdır və bu proqramdan məzun olan tələbələr ödənişsiz şəkildə beynəlxalq “Certified Digital Marketing Professional” sertifikat imtahanına daxil olaraq bu sertifikatı əldə etmək imkanına sahib olurlar.

Code Academy-nin ən böyük üstünlüyü məzunlarına Digital Marketinq sektorundakı potensial işçilər arasında prioritet namizəd olaraq seçilməyə və öz karyeralarını inkişaf etdirməyə köməklik edən təhsil sistemi təqdim etməyidir. Code Academy-dəki tədris proqramının 55%-i praktika üzərində qurulub. Proqramın sonunda buraxılış layihələrini müvəffəqiyyətlə başa vuran tələbələr karyera hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.