Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Vakansiyalar

Tələbələrlə iş üzrə koordinator

İşin təsviri və öhdəlikləri

  • Tədris qruplarının başlamasının/bitməsinin təşkili
  • Tələbə məmnunluğu sorğularının təşkili, keçirilməsi və analizi
  • Tələbələrin dərsə davamiyyətinə nəzarət
  • Davamlı şəkildə tələbələrlə görüşlərin keçirilməsi
  • Tələbələrin fərdi müraciətlərini qəbul etmək, analiz edib geri dönüş etmək
  • Qrup dəyişimlərinin təşkili
  • Tələbələrin xitam müraciətlərinə baxış
  • Tələbələr üçün əlavə məşğələ saatlarının təşkili
  • Rəy və arayış müraciətlərinin cavablandırılmasının təşkili
  • Tədrislərə mentor seçimində iştirak, mentorların fəaliyyətinə nəzarət, aylıq hesabatların  toplanması, mentor iclaslarının təşkili
  • Final layihə təqdimatlarının təşkili, nəticələrin müəllimlərdən toplanması
  • Zəmanətli təhsilə yazılmaq istəyən tələbələrin qeydiyyatının aparılması

Tələb olunan bilik və təcrübə

  • Tələbələrlə iş üzrə minimum 1 il təcrübə
  • 25-35 yaş aralığında namizədlər
  • İnsanlarla ünsiyyətin psixologiyasını və prinsiplərini yaxşı bilmək, insanları analiz edib tanıma bacarığı
  • Tələbələrə fərdi yanaşma bacarığı
  • Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar
  • Valideynlərlə işləməyi bacarmaq
  • Aktiv dinləmə bacarıqları
  • Komanda şəklində işləmək qabiliyyəti
  • Güclü analitik düşünmə qabiliyyəti
  • Konfliktləri, problemləri həlletmə və operativlik bacarığı
  • Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
  • Səbrli olmaq, nəzarətsiz və stres altında işləməyi bacarmaq
  • Tələbələri motivasiya etmə bacarığı
  • Yeni proyektlər və ideyalar verə bilmək, mövcud layihələri inkişaf etdirmək
  • Müsahibələr keçirmə bacarığı
  • Təqdimat etmə, kütlə qarşısında çıxış etmə bacarığı
  • Azərbaycan dilini səlis, rus və ingilis dilini orta səviyyədə bilmək
  • MS Office proqramlarında yaxşı işləmə bacarığı

Vəd etdiklərimiz

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
  • Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
  • Kompyuter, mobil telefon və korporativ nömrə
  • Tibbi sığorta təminatı
tələbə

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK!