Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Digital Marketing İnstitute and Code Academy

Code Academy Digital Marketinq İnstitutunun eksklüziv partnyoru oldu!

Code Academy Digital Marketinq İnstitutunun eksklüziv partnyoru oldu. İnstitutun 2017-ci ildən Azərbaycandakı rəsmi təhsil nümayəndəsi olan Code Academy iki illik uğurlu tərəfdaşlıq müddətində 100-dən çox tələbənin DMİ kurrikulumuna əsasən tədris almasına və “Certified Digital Marketing Professional”  beynəlxalq sertifikatını əldə etməsinə imkan yaratmışdır. Bu uğurlu nəticələrin qarşılığı olaraq 2019-cu ildən etibarən Code Academy Digital Marketinq İnstitutunun Azərbaycandakı eksklüziv partnyoru statusunu aldı. Bu status sayəsində artıq DMİ portalından qeydiyyatdan keçib təhsil almaq istəyən hər bir şəxsin müraciəti Code Academy tərəfindən təsdiqlənib instituta göndəriləcək. Beləliklə, istər onlayn, istərsə də əyani təhsil almaq istəyən hər bir şəxs yalnız Code Academy vasitəsilə qeydiyyatdan keçə və təhsil ala bilər. Bundan başqa “Certified Digital Marketing Professional” beynəlxalq sertifikatını əldə etmək istəyən Code Academy tələbələri tam ödənişsiz olaraq imtahanda iştirak etmək və institutun “Membership” proqramına 12 aylıq pulsuz üzvlük haqqı qazanmaq imkanı əldə edirlər.     "Code Academy-nin hədəfi Azərbaycanda beynəlxalq səviyyədə tanınacaq peşəkarları yetişdirən tədris mərkəzi olmaqdır. Bu hədəfə çatmaq və onu qorumaq üçün Code Academy bir neçə beynəlxalq şirkət və qürumlarla əməkdaşlıq edir. Rəqabətin sürətlə artdığı bir dövrdə Digital Marketing İnstitute ilə eksklüziv partnyorluğa imza atmaq Code Academy-ni bu sahədə daha da irəli apararaq, daha bilikli və bacarıqlı digital marketing mütəxəssislərin yetişməsində köməklik göstərəcək." Code Academy-nin Direktoru, Ülvi Aslanov     Qeyd edək ki, Digital marketinq sahəsində qlobal standartlara uyğun tədris proqramı təqdim edən İrlandiyanın məşhur Digital Marketinq İnstitutunun hazırda dünyanın 120-dən çox ölkəsində partnyorları mövcuddur. Azərbaycan üzrə yeganə partnyor olan Code Academy müasir tələblərə uyğun, peşəkar kadr yetişdirmək üçün peşəkar və beynəlxalq səviyyəli əməkdaşlıqlara daima əhəmiyyət verir və tələbələrinin inkişafı, gələcək karyerası üçün maksimum fürsətlər yaratmağa çalışır.  

04 iyun 2019

Code Academy Microsoft “Authorized Education Partner” adını qazandı

Code Academy Microsoft “Authorized Education Partner” oldu

Bakı, Azərbaycan,30.11.2018. Gələcək Burada   Code Academy bu günün dinamik biznes mühitində akademik müştərilərinin inkişaf edən ehtiyaclarını qarşılaya bilmə qabiliyyətini nümayiş etdirərək Microsoft-un Səlahiyyətli Təhsil Partnyoru (AEP) adını aldı. Code Academy Microsoft AEP adı qazanmaq üçün testdən keçərək akademik lisenziyalaşdırma səviyyəsini və bazar təcrübəsini sübut etdi.     AEP tərəfdaşlarına bu tərəfdaşlıq çərçivəsində Microsoft akademik lisenziyasında iştirak edən şəxsləri yetişdirmək, Microsoft akademik lisenziyalarını almaq və təqdim etmək səlahiyyəti verir. AEP həmçinin, potensial müştəriləri onların akademik tərəfdaşlığa uyğunluğu və təsdiqlənməsi barədə məlumatlandırır, təsdiq edilmiş akademik tərəfdaşlar barədə məlumat verilməsini nəzərdə tutur. 2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir. Code Academy AEP adını qazanmadan öncə də Microsoft ilə əməkdaşlıq edirdi. Belə ki, 2017 ci ildən etibarən Code Academy Microsoft İmagine Academy-nin üzvüdür. Microsoft Imagine Academy təhsil müəssisələrini xüsusi kurikulumla, informasiya texnologiyaları sahəsində tədris üçün lazımi təlim alətləri ilə, müəllimləri isə informasiya texnologiyaları mütəxəssisi olaraq ixtisaslaşmaları üçün lazımi sertifikatlaşma ilə təmin edir.   “Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olaraq bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdiririk. Microsoft AEP adını qazanaraq akademik İT bazarında olan öhdəliyimizi və təcrübəmizi, Microsoft və onun akademik məhsullarını təmin etmə bacarıqlarımızı  nümayiş etdiririk. Hədəfimiz  Microsoft-un Tədris tərəfdaşı adını qazanmaqdır və bunun üçün çalışmağa davam edirik”. Ülvi Aslanov     AEP adı almaqla Code Academy təhsil bazarı üçün Microsoft-un akademik məhsullarını təmin etməkdə qərarlı olduğunu sübut etdi. Biz Code Academy-nin bu sahədə  təcrübə və etimadını yüksək qiymətləndirir  və bizim akademik müştərilərimizə xidmət göstərmək haqqı təqdim edirik. Microsoft şirkətinin Dünya İctimai Sektorunun Təhsil şöbəsinin vitse-prezidenti Anthony Salcito     Microsoft AEP proqramı Microsoft platformasında akademik məhsul və xidmətlər təqdim edən təşkilatlara təlimlər, resurslar və müştərilərinə üstün təcrübə və nəticələr vermək üçün lazım olan dəstəyi təmin etməyi nəzərdə tutur.

07 dekabr 2018

CodeAcademy
haqqında nə düşünürlər

tələbə

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK!