Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Code Academy haqqında

Yüksək Texnologiyalar Parkında 2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Məzunlarının uğurlu karyera qurması code Academy-də təhsilin müasir dövrün tələblərinə tam olaraq cavab verdiyinin ən bariz nümunəsidir. Eyni zamanda, təhsillərini müvəffəqiyyətlə başa vuran tələbələr beynəlxalq sertifikatlar əldə edə bilərlər. Beləliklə, onlar yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da uğurlu karyera qurmaq şansına malik olurlar.

CodeAcademy
haqqında nə düşünürlər

SUALINIZ VAR? GƏLİN GÖRÜŞƏK