Murad

Əsədov

Qrafik və Veb Dizayn

Hər gün fərqli məsələlər və onların fərqli həlləri. Yeni üsullar tapmaq, trendləri izləmək və bəzən də trend yaratmaq. Etdiyin işlərdən zövq almaq və zövq bəxş etmək. Dizayn sənətini sevmək və sevərək öyrətmək.

Müəlliminizi siz də tanıyın

Murad Əsədov rəssam ailəsində anadan olub. Dizayner olaraq ilk dəfə 2006-cı ildə İnformasiya Texnologiyaları İnstitutunda Qrafik Dizayner vəzifəsində işləməyə başlayıb. 2009-cu ildə həmkarları ilə “Yello AD” reklam agentliyini təsis edib. 2001-ci ildə UNESCO-nun dəstəyi ilə keçirilən “Narkomaniya və AİDS mənim gözümlə” rəsm-plakat müsabiqəsinin, 2010-cu ilin aprel ayında isə Maxmedia reklam agentliyinin “Ağ ölümə-Qara bayram!” adlı ən yaxşı sosial reklam posteri müsabiqəsinin qalibi olub. 2010-cu ilin dekabr ayında “Tütünçəkmənin zərərləri – karikaturaçı rəssamların gözü ilə” müsabiqəsində ikinci yerə layiq görülüb.

2011-2018-ci illər ərzində qlobal reklam agentlikləri olan Organic Ogilvy, McCan Baku və DDB Azerbaijan-da Qrafik Dizayner və Art Direktor vəzifələrində işləyib. 2013-cü ildən Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir. BP, Samsung, Nokia, Sharp, McDonalds, Coca-Cola, Uniliver və başqa qlobal brendlərlə yanaşı Azercell, Bakcell və digər yerli şirkətlərlə işləyib. Murad Əsədov 2019-cu ilin sentyabr ayından Code Academy-nin qrafik və veb dizayn müəllimi olaraq fəaliyyət göstərir.

Digər müəllimlər

Qrafik və Veb Dizayn

tədrisi

Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd təkcə Veb Dizayn və Qrafikanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün dizayn sinfi hər bir dizaynerin ehtiyac duyduğu tam təchizatlı Apple (iMac) kompüterlərlə təmin olunur. Proqramın sonunda buraxılış layihələrini başa vuran tələbələr karyeraya hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.

#DizaynBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.