Rizvan

Bağırlı

Qrafik və Veb Dizayn

Demək olar dizaynı öyrənməyə başladığım andan öyrətməyə də başlamışam. Dizaynla bağlı bloqumda sadə, bəzən primitiv məqalələr yazırdım. Bunun məntiqi nəticəsi təxminən 10 il sonra Code Academy-də üzə çıxdı. Sevdiyim sənəti, sevdiyim akademiyada, sevdiyim tələbələrimə öyrədirəm. Akademiyamızı ölkəmizdə qrafik və veb dizaynın episentrinə çevirənə kimi tam sürətlə irəli!

Müəlliminizi siz də tanıyın

Rizvan Bağırlı Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin bakalavr və magistr pillələrində təhsil aldıqdan sonra bir müddət İqtisadçı kimi fəaliyyət göstərsə də reklam və marketinqə olan marağı onu qrafik dizaynerliyə gətirir. Dizayn sahəsində 12 illik təcrübəyə malik Rizvan Bağırlı, ilk öncə mətbəədə dizaynerlik edib, təcrübə yığdıqdan sonra "Organic Ogilvy" reklam agentliyində qrafik dizayner olaraq çalışıb. Bir müddət sonra McCann Baku reklam agentliyinin qrafik dizayneri, ardınca isə art-direktoru olub. McCann Baku-da işlədiyi 7 il ərzində Bakcell, Coca-Cola, Unilever, Eti, MasterCard, Norm Sement, Gilan, SOCAR kimi qlobal və yerli şirkətlərin vizual komunikasiya işlərində iştirak edib. 2018-ci ilin Noyabr ayından Code Academy-nin Qrafik və Veb Dizayn müəllimi, eyni zamanda art-direktorudur.

Digər müəllimlər

Qrafik və Veb Dizayn

tədrisi

Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd təkcə Veb Dizayn və Qrafikanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün dizayn sinfi hər bir dizaynerin ehtiyac duyduğu tam təchizatlı Apple (iMac) kompüterlərlə təmin olunur. Proqramın sonunda buraxılış layihələrini başa vuran tələbələr karyeraya hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.

#DizaynBurada

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.