Şəhriyar

Məmmədli

Digital Literacy

Tarkovski deyib ki, min fərqli insan tərəfindən oxunulmuş bir kitab, elə min fərqli kitabdır. Biz bunu dil bilmək barəsində də deyə bilərik. Nə qədər çox dil bilirsənsə sən o qədər də fərqli insansan, fərqli kültür sahibisən. Xüsusilə, ingilis dilinin ümumdünya elm və incəsənət dili olduğunu nəzərə alsaq, həm intellektual, həm də professional bir fərd kimi inkşaf etmək üçün bu dili öyrənməyi özümüzə ilk və ən önəmli hədəf olaraq qoymalıyıq.

Müəlliminizi siz də tanıyın

Şəhriyar Məmmədli ADA Universitetinin Beynəlxalq Elmlər fakültəsində bakalavr təhsili alıb. Daha sonra İtaliyanın Padova Universitetində İnsan Hüquqları və Dövlət İdarəçiliyi fakültəsində magistr təhsilini davam etdirib. Portuqaliyanın Yeni Lisbon Universitetinin Hüquq Departamentində təhsil alıb. Bundan əlavə Avropa Birliyi Parlamentinin və Beynəlxalq Kriminal Məhkəməsinin müvafiq olaraq Avropa Kolleci və İrlandiya Milli Universitetindəki yay məktəblərini uğurla başa vurub. AIESEC beynəlxalq təşkilatının Qlobal Talant proqramı ilə Ukraynanın Lviv şəhərində ingilis dili müəllimliyi təcrübə proqramında olub. Həmçinin UNICEF Azərbaycan və İrlandiya İnsan Hüquqları mərkəzində tədqiqatçı olaraq təcrübə proqramlarında iştirak edib. 2019-cu ildən Code Academy-də İngilis Dili müəllimi olaraq işləyir.

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.