Taleh Kərimli Azərbaycan Texniki universitetində İnformasiya Texnologiyaları ixtisası üzrə təhsil alıb. O, 7 ildir ki dizayn sahəsində fəaliyyət göstərir. Rubicon və Maxmedia kimi bir sıra qabaqcıl reklam agentliklərində işləyən Taleh Kərimli Bakı 2015 Avropa Oyunlarında məkanların qrafik dizayn tərtibatının, Mədəniyyət və Turizm Nazirliyinin Kitab Sərgisi layihəsinin brendinqi kimi işlərin müəllifidir. Həmçinin o, 2017-ci ilədək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Məlumat Hesablama Mərkəzində Art Direktor vəzifəsində işləyib. Taleh müəllim 2017-ci ildən etibarən Qrafik və Veb dizayn müəllimi olaraq Code Academy komandasına qoşulub.