Beynəlxalq Sertifikasiya
Microsoft Imagine Academy, Autodesk və Digital Marketing Institute-un Azərbaycandakı eksklüziv partnyoru olmaqla tələbələrimizi qlobal bazarda rəqabət apara biləcək peşəkarlar olaraq yetişdirmək üçün yola çıxmışıq.
Code Academy-nin təhsil modelində tələbələr nəzəri biliklər əldə etməklə yanaşı, təcrübə keçmək imkanı da əldə edirlər. Yalnız Code Academy-də tətbiq olunan bu üsul dərslərin daha effektiv qavranmasına yönəlib. Real layihələr üzərində aparılan praktiki işlər isə tələbələrin karyeralarına tam hazır olmalarını təmin edir. Təhsilini bitirən tələbələr müəyyən müddətdə mentorların rəhbərliyi altında buraxılış layihəsi üzərində işləyirlər. Layihələr tələbələrlə real praktika qazanmağa, şəxsi portfolio-larını tərtib etməyə və uğurlu karyera qurmağa zəmin yaradır.
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.