Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

3D Modelləşdirmə və Vizualizasiya

  • Ümumi

    200 saat

  • Həftə içi gündüz

    10 həftə

  • Həftə içi axşam

    14 həftə

  • Həftə sonu

    20 həftə

Niyə Code Academy-də 3D Modelləşdirmə və Vizualizasiya təhsili?

Code Academy-nin 3D Modelləşdirmə və Vizualizasiya təhsil proqramı sektörün ehtiyaclarını nəzərə alaraq hazırlanıb. Təhsilin 90%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə 3D modelləşdirmə və vizualizasiyanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektörün ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlə təmin olunur. Proqramın sonunda buraxılış layihələrini başa vuran tələbələr karyeraya hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.

Kim iştirak edə bilər?

Code Academy-nin 3D Modelləşdirmə və Vizualizasiya tədris proqramında iştirak etmək üçün memarlıq və incəsənət ixtisası üzrə ali təhsilli olmaq vacib deyil. Tədris proqramında iştirak etmək istəyənlərin ikiölçülü və üçölçülü modelləşdirmə və vizualizasiya texnologiyalarına maraqlı olmaları, bu sahədə öz biliklərini artırma istəklərinin və ya karyera qurma hədəflərinin olması gözlənilir.

Təhsil proqramının məqsədi nədir?

Dizayn, memarlıq və vizualizasiya sahələrində öz karyeralarına başlayan və fəaliyyət göstərən insanları sektorun ehtiyaclarına uyğun bacarıqlara yiyələndirməkdir. Eyni zamanda maraqlanan şəxsləri gələcəyin texnologiyası olan 3D printing sahəsi ilə ətraflı tanış etmək, onları bu sahənin ortaya çıxardığı yeni fürsətlədən faydalanma bacarıqlarına yiyələndirməkdir.

İxtisaslaşma sahələri

  • Autocad
  • 3DS Max
  • V-Ray
  • Adobe Photoshop
  • 3D Printing

Sertifikatlar

  • Autodesk AutoCAD Certified Professional
  • Autodesk 3DS Max Design Certified Professional

Tədris proqramı

AutoCAD ilə 2D

AutoCAD 3D

3D Max ilə Modelləşdirmə və 3D printing

AutoCAD tətbiqi imtahanı

3D Max ilə Modelləşdirmə

V-ray

Adobe Photoshop

3DS Max tətbiqi imtahan

SUALINIZ VAR? GƏLİN GÖRÜŞƏK