Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Sistem Administratorluğu

  • Ümumi

    300 saat

  • Həftə içi gündüz

    15 həftə

  • Həftə içi axşam

    20 həftə

  • Həftə sonu

    30 həftə

PDF Kataloq yüklə

Niyə Code Academy-də Sistem Administratorluğu təhsili?

Bu tədris proqramı sektorun ehtiyaclarını nəzərə alaraq, Microsoft-un tədris proqramı əsasında hazırlanıb. Burada məqsəd yalnız mütəxəssis hazırlamaq deyil, müəssisələrin sistem və şəbəkə təminatına olan ehtiyaclarını tam nəzərə alıb, məsələlərin həllini qısa zamanda tətiq edən peşəkarlar yetişdirməkdir. Code Academy-nin ən önəmli cəhətiməzunlarının texnologiya sahəsində peşəkar kimi qəbul olunmalarını və karyeralarını təkmilləşdirmələrini təmin etməsidir. Beləliklə, onlar sistem, server, bulud (cloud), virtuallaşdırma, şəbəkə və təhlükəsizlik infrastrukturu sahəsində fəaliyyət göstərə bilərlər. Code Academy-də verilən təhsilin 85%-i praktika üzərində qurulub. Burada məqsəd sektorda hər gün artmaqda olan peşəkar qıtlığının qarşısını almaqdır. Tələbələr proqramın sonunda əldə etdikləri biliklə MTA, MCSA, MCSE sertifikatlarına sahib ola bilərlər. Bunun sayəsində onlar Azərbaycan və dünyada ehtiyac duyulan sistem və şəbəkə administratoru olaraq ixtisaslaşa bilərlər.

Kim iştirak edə bilər?

Sistem administratoru olmaq üçün riyaziyyat və ya mühəndislik ixtisası üzrə ali təhsilli olmaq vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə sistem və şəbəkə təminatı üzrə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir. Proqrama Microsoft-un ən son texnologiyalarından istifadə edərək, texniki infrastrukturu tam olaraq dizayn etmək, qurmaq, idarə etmək, informasiya texnologiyaları həllərinə və bu sahədə ən son tredlərə bələd olmaq istəyənlər qoşula bilər.

Orxan Məmmədov Code Academy-də Sistem Administratorluğu dərsi zamanı

Təhsil proqramının məqsədi nədir?

Təhsil proqramının məqsədi Sistem administratorluğu sahəsində ehtiyac duyulan peşəkar yetişdirməkdir. Laboratoriya məşğələlərinə əsaslanan təhsil modeli ilə ən yeni texnologiyaları öyrədən, eyni zamanda MCSA, MCSE sertifikat imtahanlarına hazırlaşan Code Academy tələbələrə beynəlxalq səviyyəli peşəkar mütəxəssis adı qazandırır.

sistem administratorluğu

İxtisaslaşma sahələri

  • Windows Server 2012
  • Active Directory
  • Hyper-V
  • System Center 2012
  • TCP/IP
  • PKI

Sertifikatlar

  • MTA
  • Microsoft Certified Solutions Associate: Windows Server 2012 (MCSA)
  • Microsoft Certified Solutions Expert: Server infrastructure (MCSE)

Tədris proqramı

Fundamentals (Baza bilikləri)

  • Windows Server Administration Fundamentals

    Networking Fundamentals Security Fundamentals

MCSA: Windows Server 2012 certification

  • Installing and Configuring Windows server® 2012

    Administering Windows Server® 2012

    Configuring Advanced Windows Server® 2012 Services

MCSD: Server Infrastructure

  • Designing and Implementing a Server Infrastructure

    Implementing an Advanced Server Infrastructure

İş sahələri

SUALINIZ VAR? GƏLİN GÖRÜŞƏK