FAQ

  • 2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

  • Tədris proqramının müddəti tələbənin seçəcəyi seans seçiminə əsasən müəyyənləşir. Dərslər 4-6-8 ay müddətinə keçirilir.

  • Tədris proqramlarına qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.

  • Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir. Proqram məsləhətçilərimiz həftənin 6 günü xidmət göstərir.

  • Dərsləri başa çatdıqdan sonra hər bir tələbə növbəti bir ay ərzində əvvəlcədən təyin olunmuş mövzular əsasında yekun layihə hazırlamalıdır. Tələbə tədris boyunca öyrəndiklərini layihədə həm praktiki, həm də nəzəri cəhətdən göstərməli, öz bilik və bacarıqlarını tam şəkildə əks etdirməlidir. Bu layihə əsasında tələbənin araşdırma, təqdimat, analiz bacarıqları, texniki bilikləri dəyərləndirilir və müəllim tələbənin məzun olub-olmaması barəsində qərar verir. Sonda uğurlu nəticə əldə edən tələbələrimiz Code Academy məzunu adını qazanır və tədrisi başa vurduqlarını bildirən Code Academy-nın rəsmi diplomu verilir.

  • Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.

  • Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır.

  • Akademiyada dərslər Azərbaycan dilində keçirilir.

  • Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. Yalnız Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.

  • Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşə bilərsiniz. Görüş zamanı siz akademiyada dərslərin keçirilmə şəraiti, müəllimlər, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola bilərsiniz. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.

  • Onlayn dərslər keçirilmir. Code Academy-də də tələbələrin öyrəndikləri bilikləri qaydaya sala bilmələri, tam qavramaları üçün tədris proqramı ərzində hər modul üzrə quiz keçirilir. Bununla tələbələrin mövzunu tam mənimsəmələri yoxlanılır, çatışmazlıqlar sual-cavab və müzakirələrlə aradan qaldırılır.

  • 12-18 nəfər

  • Proqramlaşdırma, Digital Marketinq və Sistem Administratorluğu tədrisi üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.

  • Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.

  • Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.

  • Burada Qrafik və Veb Dizayn, Hərəkətli Qrafika və 2D animasiya, Digital Marketinq, Proqramlaşdırma, Sistem Administratorluğu, 3D Animasiya və Vizualizasiya kimi istiqamətlərdə peşəkar təhsil verilir.

  • Ödənişi hissəli və ya birbaşa şəkildə edə bilərsiniz. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir.

  • Tələbələri qəbul edərkən onlara akademiyanı bitirdikdə işlə təmin ediləcəkləri zəmanətini verməsə də, onların potensiallarına uyğun müvafiq işlə təmin olunması Code Academy üçün çox vacibdir. Buna maksimum şəkildə nail olmaq məqsədi ilə akademiya daxilində Talant Mərkəzi yaradılıb.

  • Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.