FAQ

  • 2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

  • Dərsləri başa çatdıqdan sonra hər bir tələbə növbəti bir ay ərzində əvvəlcədən təyin olunmuş mövzular əsasında yekun layihə hazırlamalıdır. Tələbə tədris boyunca öyrəndiklərini layihədə həm praktiki, həm də nəzəri cəhətdən göstərməli, öz bilik və bacarıqlarını tam şəkildə əks etdirməlidir. Bu layihə əsasında tələbənin araşdırma, təqdimat, analiz bacarıqları, texniki bilikləri dəyərləndirilir və müəllim tələbənin məzun olub-olmaması barəsində qərar verir. Sonda uğurlu nəticə əldə edən tələbələrimiz Code Academy məzunu adını qazanır və tədrisi başa vurduqlarını bildirən Code Academy-nın rəsmi diplomu verilir.

  • Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.

  • Onlayn dərslər keçirilmir. Code Academy-də də tələbələrin öyrəndikləri bilikləri qaydaya sala bilmələri, tam qavramaları üçün tədris proqramı ərzində hər modul üzrə quiz keçirilir. Bununla tələbələrin mövzunu tam mənimsəmələri yoxlanılır, çatışmazlıqlar sual-cavab və müzakirələrlə aradan qaldırılır.

  • Burada Qrafik və Veb Dizayn, Hərəkətli Qrafika və 2D animasiya, Digital Marketinq, Proqramlaşdırma, Sistem Administratorluğu, 3D Animasiya və Vizualizasiya kimi istiqamətlərdə peşəkar təhsil verilir.

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.