Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Arif

Muradov

Code Academy

,

Marketing Manager

Marketing sahəsində işləyirdim və iş yerimi dəyişmək istəyirdim. Digital üzrə biliklərə Youtube-dan və digər onlayn resurslardan yiyələnirdim. Lakin nəyi nə üçün etdiyimi başa düşmürdüm. Həll yolu kimi baza təhsili almalı olduğuma qərar verdim. Kiçik araşdırma etdim və tədrisə başladım.

Kiçik müsahibə və ya həyat hekayəsi

Code Academy-ni seçməkdə qərarınıza təsir edən amillər hansılar olub?

sep-line

Öncədən də akademiyada Proqramlaşdırma üzrə tədris almışam. Burada olan mühit və tədris keyfiyyətindən xəbərdar idim. Əlavə olaraq Marketing sahəsində yerli bazar üzrə biliklər və təcrübələr də çox vacibdir. Digital Marketinqi tədris edən müəllimlər bu sahə üzrə kifayət qədər biliyə və təcrübəyə sahib müəllimlər idi. Seçimim zamanı əsas bu məqamlara diqqət etmişdim.

Məzun olduqdan sonra yeni iş imkanları və karyera fürsətləri haqqında nə deyə bilərsiniz?

sep-line

Code Academy-də tədrisimi bitirdikdən sonra Bakcell-də Marketing üzrə təcrübəçi kimi işləməyə başladım. Daha sonra Havas Media Azerbaijan şirkətində Digital Marketing mütəxəssisi olaraq işə başladım və 3 aydan sonra Digital Marketing Manager vəzifəsinə yüksəldim. Code Academy-də digital üzrə öyrəndiyim texniki biliklər və bacarıqlar mənə bütün iş yerlərimdə uğurlu olmağa və karyeramda sürətlə inkişaf etməyə çox köməklik etmişdir.

Code Academy-də yeni tələbə olanlara və ya gələcəkdə tələbə olmaq istəyənlərə hansı tövsiyələri edərdin?

sep-line

İlk olaraq sahə seçimi etsinlər. Seçim zamanı maddiyata görə və ya sevdikləri peşəni seçim edə bilərlər. Bu kriteriyalar özlərindən aslıdır. Sonradan isə həmin sahə üzrə ehtiyaclarını müəyyən etsinlər. Bu ehtiyaclara uyğun olaraq özlərini inkişaf etdirsinlər. Sahə üzrə ehtiyacı başa düşmədən nəsə etməyə çalışmaq çox çətindir, biləndə isə sürətli inkişaf mümkündür.

digital-marketinq-telimi
digital-marketinq-kursu
digital-marketinq-sinfi

Digital Marketinq

tədrisi

Onlayn marketinq olaraq da adlandırılan Digital Marketinq potensial alıcı ilə əlaqə qura bilmək üçün internet və digər rəqəmsal kommunikasiya (rabitə) metodlarından istifadə edərək marketinq fəalliyyətini həyata keçirmə prosesidir. Onlayn kanallara yalnız email, sosial media və display reklamlar deyil həmçinin, mətn və multimediya mesajları da daxildir. Mahiyyətcə, hər hansı bir marektinq kampaniyası rəqəmsal ünsiyyəti özündə əhatə edirsə, bu digital marketinqdir.Siz də Code Academy-nin Digital Marketinq tədris proqramına müraciət edərək sahənin ixtisaslaşmış mütəxəssislərindən birinə çevrilə bilərsiniz.

Digər hekayələr

Könül

Həsənova

Digital Marketing Professional - DMI Pro​

Aynurə

Mahmudova

Qrafik Dizayn və Vizual Kommunikasiyalar​

Gülsüm

Məmmədova

Qrafik Dizayn və Vizual Kommunikasiyalar​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.