Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113
Ana səhifə > Məzunlar > Aynurə Mahmudova
İxtisas olaraq öncə proqramlaşdırmada qərarlaşmışdım çünki o da mənim böyük arzularımdan biri idi. Hər zaman proqramlaşdırma və dizaynı bir arada xəyal edirdim.
Bakı Dövlət Universiteti, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi, ixtisas; komputer elmləri
Proqramlaşdırma orta məktəbdə mənə dərin və maraqlı gəlirdi. Amma eyni zamanda həm də dizayn, şəkil çəkməklə də maraqlanırdım. Orta məktəb vaxtlarımdan həmişə dəftərdə geyimlər çəkirdim. Sonra həmin geyimləri realda tətbiq etməyə çalışırdım dolabımda olan geyimlərlə, dəfələrlə kəsib doğradığım olub geyimlərimi. Daha sonra 5-ci sinifdə Power Point-lə tanış oldum. Mənə fiqurlarla işləmək, nədənsə, nəyisə kəsib ortaya yeni fiqur çıxarmaq, rənglərini seçmək çox maraqlı gəlirdi. Məktəbin son illərində isə artıq mən qrafik və veb dizaynla filmlərdən daha çox tanış oldum.
Akademiya da aldığım təhsil düşünürəm ki, çox professionalcasına verilmiş təhsil idi. Bundan əlavə akademiyada qazandığım ətraf mühit də mənə gələcək karyera addımlarımda çox kömək oldu. Ümumilikdə isə həyatıma rəng qatdı.
Əvvəla doğru seçim etdikləri üçün onları təbrik edirəm. Tövsiyyəm o olardı ki, peşələrinə hər zaman məcburiyyət və yalnız maddiyyat olaraq baxmasınlar. Öncə sevsinlər, sonra digər ehtiyaclara nəzər yetirsinlər.
tədrisi
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Tel +994 12 310 0113 | Mobil/Whatsapp +994 50 444 2633