Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113
Ana səhifə > Məzunlar > Bahaddin Məmmədli
Burada həm təhsilin keyfiyyəti, həm də şərait insanı öyrənməyə vadar edir. Qısaca desəm, şəffaf, dolğun dərs planı, xoş münasibət və gözəl insanlar :)
Öncəki təhsilim Dizayn və yaradıcılıq istiqamətindən tamam fərqli sahə olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Qaz və neft-mədən fakültəsində təhsil almışam.
Dizayn sahəsinə həmişə sözlərlə ifadə edə bilməyəcəyim qədər həvəsim olub. Buna görə də Qrafik və Veb Dizayn tədrisi üzrə təhsil almağa qərar vermişdim.
Code Academy-ni seçməkdə əsas məqsədim tədrisin sonunda rahatlıqla istədiyim işi tapmaq idi. Bunun üçün dizayn sahəsindən olan mütəxəssislərlə əlaqə yaratmaq lazım idi. Tədris müddətində həm müəllimlərim, həm də Talant Mərkəzi vasitəsilə nəzərdə tutduğum professional əlaqələri yarada bildim.
Bizim sahə yaradıcı sahədir, lakin texniki proqramlardan rahat şəkildə istifadə edərək istədiyin dizaynı yaratmaq üçün həmin proqramların bütün əsas funksiyalarını bilməlisən. Bunun üçün də yaxşı olar ki, çoxlu praktika etsinlər. Daha fərqli, daha kreativ ideyalar üçün yenilikləri tətbiq etməkdən çəkinməsinlər. Yenilikləri düzgün tətbiq edə bilsələr, yaxşı portfolio formalaşdıra və bu sahə üzrə tələb olunan mütəxəssislərdən ola bilərlər.
Ən sonda bir məsləhətim də var. Az danışın, çox işləyin :)
tədrisi
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Tel +994 12 310 0113 | Mobil/Whatsapp +994 50 444 2633