Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

3D Modelləşdirmə və Vizualizasiya

Niyə Code Academy-də 3D Modelləşdirmə və Vizualizasiya təhsili?

Ətraflı məlumat üçün
Cavid Nurməmmədli

Valideynlərinin istəyi ilə "Beynəlxalq Münasibətlər" oxuyub. Daha sonra isə, uşaqlıq arzularının arxasınca gedib və 3D dizayner olub. Cavidin hekayəsi...

 

Mən Cavid. Simfoniya Ticarət və Dizayn mərkəzində baş dizayner vəzifəsində işləyirəm. Beynəlxalq Münasibətlər və İqtisadiyyat ixtisasında oxumuşam. Bu ixtisası da valideynlərimə görə seçmişəm. Onlar istəyiblər deyə… Uşaqlıqdan dizayna çox həvəsim olub. Hər axşam evə gəlirdim və kompüterin qabağında otururdum. Kompüterlə çox məşğul olduğum üçün valideynlərimlə aramda xırda mübahisələr baş verirdi. Illustartor, InDesign kimi dizayn proqramlarının hamsını özüm öyrənmişəm. Qrafikada işləyəndə hiss etdim ki, qrafika artıq limitlidir. Müəyyən müddətdən sonra artıq son nöqtəni tapır. 3D isə limitsizdir. Yəni 3D dizayna başlayandan sonra istər-istəməz, həm interyer üzrə işləyə bilərsən, həm modelləşdirmə üzrə işləyə bilərsən. 3D dizayn ilə məşğul olmağa başladım və gördüm ki, xırdalıqlar həddindən artıq çoxdur. Fikirləşdim ki, bunu tək öyrənmək mümkün deyil. Evdəkilər mənim Beynəlxalq Münasibətlərdə oxumağımı istəsələr də, gördülər ki, artıq dizayner işləməyimin qarşısını ala bilmirlər. Mən də 3D dizayn öyrənmək üçün Code Academy-yə üz tutdum. İndi çox razıdırlar. Qısa bir müddət ərzində - bir ildən belə az, necə müvəffəqiyyətə nail olduğumu gördülər. Bundan sonra artıq bu reallığı qəbul etdilər ki, həqiqətən insanın qarşısını almaq lazım deyil. Hər bir insanın, misal üçün olduğu yerdən bir neçə səviyyə yuxarı bir məqsədi olmalıdır ki, irəliyə gedə bilsin. Olduğu yerdə insan dayanırsa, avtomatik heç bir irəliləyiş olmur, heç bir müvəffəqiyyət olmur. Bu işimdən əlavə həftənin 6-cı, bazar günləri Code Academy-də mentor olaraq işləyirəm. Gələcək üçün planlarım... Digər ölkələrə getməyi fikirləşirəm. Başqa bir ölkədə iş yeri taparaq, orda işləməyə başlayım.

#GələcəkBurada
#3DBurada
#UğurHekayəsiBurada

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya