Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Qrafik və Veb Dizayn

Niyə Code Academy-də Qrafik və Veb Dizayn təhsili?

Ətraflı məlumat üçün
Cəfər Mehtiyev

2 il ispan dili üzrə tərcüməçi kimi işləyən Cəfər Mehtiyev hərbi xidmətdə ikən ixtisasını dəyişmək qərarına gəlir. Onun uğur hekayəsini özündən dinləyin.

 

Adım Cəfərdir. Teamsah agentliyində qrafik dizayner vəzifəsində işləyirəm. Azərbaycan Dillər Universitetinin tərcümə - ispan dili fakultəsində təhsil almışam 4 il. Bir müddət işlədikdən sonra gördüm ki, istədiyim bir sahə deyil. Mənə sanki yad sahə gəlirdi. İşlər də əslində yaxşı idi orda. Amma həvəs ala bilmirdim, həvəslə işimi görə bilmirdim. Hərbi xidmətə yollandım, qayıtdım. Bir az düşünməyə vaxtım oldu bir il ərzində ki, mən nə istəyə bilərəm, nə mənə maraqlıdır? Dizayn məni cəlb etdi. Dizayn öyrənmək üçün məni əsas olaraq motivə edən, son dövrlərdə çəkilən filmlər idi. Filmlərdə bəzi effektlər idi. Onlar mənə daha çox təsir etmişdi. Anam birinci dedi ki, get, çox yaxşı sahədir. Gələcəyi yaxşıdır, yaxşı işlər görə bilərsən. Ondan sonra təhsil almaq üçün yer axtarmağa başladım. Code Academy-yə yazıldım. Təhsil müddəti 6 aylıq idi. 4 ay ərzində mən demək olar ki, əsas bilgilərə yiyələndim. Təhsilim davam etdiyi halda, 4 aydan sonra yeni bir iş tapdım. Cycle reklam agentliyində işlədim. 3-cü aydan sonra yeni bir agentliyə keçdim, Teamsah agentliyinə. Burdan bir iş təklifi gəldi. İşçilər daha professional idi deyə mən dedim ki, professionalla işləmək daha yaxşı olar. Hal-hazırda animatorluqla əlaqəli bir neçə proqram öyrənməyə çalışıram. Code Academy mənə onu qazandırdı ki, mən istədiyim işin, istədiyim peşənin sahibi ola bildim.

#UğurHekayəsiBurada
#GələcəkBurada
#DizaynBurada

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya