Cövhər və Şamil İsayev
Ailədən gələn ənənəni davam etdirmək üçün Code Academy-də Sistem Administratorluğu dərslərinə qatılan Cövhər və Şamil İsayevlər beynəlxalq sertifikatlar qazanmağı hədəfləyiblər. Onlar ilk imtahanı uğurla verərək MTA sertifikatına (Windows Server Administration Fundamentals) yiyələniblər.
İsayev Şamil. 24 yaşım var. Cövhər İsayev. Şamilin qardaşı. Əvvəlcədən düşünürdüm ki, nəsə yeni bir şey öyrənim öz sahəm üzrə daha da təkmilləşdirim. Diplomu aldım, getdim əsgərliyə gəldim. Sonra bir işə düzəldim dizayner kimi. Həmin müddətdə proqramlaşdırma ilə maraqlandım. Qardaşımdan əvvəl buranı planlaşdırmışdım, sadəcə danışıqlar aparmağa bir az gecikdim. Qardaşım məndən qabağa düşdü… Orxan müəllimlə söhbət elədik. Orxan müəllim sistem administratorluğu dərsi deyirdi. Marağımı cəlb elədi… Gəldi hətta yazıldı dərsə də. Sentyabr ayında başlamışdıq. İndi layihə işinə buraxılmışıq. Bu qərar həyatımda öz iradəmlə verdiyim qərardan biridir. Müəllim bizə beynəlxalq sertifikatlar əldə edə biləcəyimizi demişdi. Ailədən gələn IT üzrə maraq, onların əldə etdikləri nailiyyətlər… Onlar da təşviq elədi bizi. Biz hətta onları keçmək istəyirik.