Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113
Ana səhifə > Məzunlar > Könül Həsənova
Əməkdaşı olduğum üçün, keyfiyyətə bələd idim. Həm də təhsil zəmanəti verilir, daha nə olsun :D
Bakalavr – Biznesin təşkili və idarə etməsi. Məzun olduqdan dərhal sonra Code-da işləməyə başlamışam. Tələbəlik illərində turizm (Lake Palace hotel), telekommunikasiya (Bakcell) və reklam (Startmedia Agency) sahələrində satış, hr, marketinq üzrə intern kimi işləmişəm.
HR ve Marketinq sahələri üzrə qərarsız idim. Code Academy-də işləyərkən, Digital Marketinq tədrisi ilə tanış oldum. O zamana qədər tam olaraq digital marketinq tədrisi dedikdə nə nəzərdə tutulduğunu dəqiq bilmirdim. Tədrislə tanış olduqdan sonra anladım ki, mən özümü bu sahədə görürəm. Əlbəttə, burda başqa bir amil də var idi – işimlə bağlı olaraq Digital Marketinq team-i ilə görüşlər olurdu və mən onların təxmini olaraq nə etdiklərini, bizə (satışa, biznesə) necə dəstək olduqlarını görürdüm. Bu da məni seçim etməkdə daha da əmin edirdi. Çünki tədrislə teorik olaraq tanış olmaq ayrı, onu praktikada necə tətbiq edildiyini görmək ayrı motivasiya verirdi :)
Bir de artiq uzun muddet olardi ki, sosial mediada taninmis digital marketoloqlari (meselen Neil Patel)izlemeye baslamisdim ve onlarin yazilarindan, islerinden anlayirdim ki, men de bu isleri gormek isteyirem, mene bunlari etmek maraqlidir! :D
Məncə ilk qərar verilmelidir ki, daha çox hansı qolu üzre Digital Marketinq mütəxəssisi olaraq püxtələşmək istəyirsən – texniki yoxsa kreativ. Əgər kreativdirsə, sıfır təcrübəsi olan biri de olsan, iş əldə etmək imkanın daha yüksəkdir. Çünki daha çox sənə verilən müəyyən task üzərində sənin kreativliyini və həvəsini yoxlayırlar. Bu isə imkan verir ki, sıfır təcrübən olsa belə səni işə götürsünlər.
Ancaq texniki tərəfə yönümlü olduqda iş tapmaq bir qədər zaman alır deyerdim. Çünki burda daha çox təcrübəyə fikir verilir. Yenə də intern olaraq hər hansı bir şirkətdə işə başlamaq imkanı yüksəkdir.
Sadaldiqlarim tebii ki, sifirdan baslayanlar ucundur. Digerlerinin zaten is tecrubesi oldugu ucun proqrami bitirdikden sonra is tapma furseti yuksekdir.
Code Academy vasitəsi ilə digital marketinq sahəsi ilə tanış olmağım “hansı sahə üzrə karyera qurmaq istəyirəm?” sualına dəqiq cavab tapmağıma səbəb oldu. Təbii olaraq bu qərar təhsil almağıma, təhsil almağım isə bu sahə üzrə işləməyə başlamağıma səbəb oldu :)
Yeni tələbələrə məsləhətim – proqram qısadır və çalışın bu qısa vaxtda tam fokuslanıb detallı hər məqamı öyrənin. Sonraya saxlamayın. Bacardığınız qədər fundamenti bərk qoyun – bu da yalnız çox oxumaq, çox praktika etmək və çox video izləmək ilə mümkündür. Buna qətiyyən təmbəllik etməyin :)
Gələcək tələbələrə – Code mühiti gözəldir, əmin olun heç sıxılmayacaqsınız.
tədrisi
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Tel +994 12 310 0113 | Mobil/Whatsapp +994 50 444 2633