Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Qrafik və Veb Dizayn

Niyə Code Academy-də Qrafik və Veb Dizayn təhsili?

Ətraflı məlumat üçün
Məhəmməd Ağacamalov

Universitetdə radiotexnika üzrə təhsil alan Məhəmməd gələcəkdə özünü dizayner olaraq gördüyü üçün Code Academy-yə gəldi və Qrafik və Veb Dizayn proqramımızdan məzun oldu. Hazırda dizayner olaraq işləyən Məhəmmədin hekayəsini təqdim edirik.

 

Adım Məhəmməddir. 19 yaşım var. Hal-hazırda RMM Group-da işləyirəm. RMM Group-un əsas istiqaməti outdoor advertising və digital advertising-dir. Mən digital advertising-in dizayner vəzifəsində işləyirəm. Azərbaycan Texniki Universitetində Radiotexnika Rabitə fakultəsində oxuyuram. İkinci kursam. Hardasa 5 il əvvəl, Youtuber-liyə başladım.  2 il ərzində Azərbaycanda ilk 100-lüyə girə biləcək kanallara sahib oldum. Youtube kanalımın cover-nı, avatarını və bütün videoların başlıqlarını yaratmaq üçün biraz photoshop öyrəndim. Belə işlədikcə özüm də həzz alırdım.

Universitetdə ilk dizaynla bağlı “Gənclərin virtual inkişaf və idarəetmə mərkəzində” həvəskar dizayner kimi çalışırdım. Yəni o da bir rol oynadı ki, mən dizaynerliyə daha da həvəsimi artırım, bu yolda daha da addımlayım. Online öyrənməyə cəhd etdim. Photoshop-u açırdım, qoyurdum qabağıma, bir yerdə ilişdim, həll yolu axtarıb tapırdım və çalışırdım özüm öyrənim. Sonradan gördüm ki, yox, özümü təkmilləşdirməliyəm. Yəni özümü bu sahədə görürəm, radiotexnikada yox. Ona görə, bir az axtarışlar elədim. Code Academy-ni gördüm və qeydiyyatdan keçdim. Code Academy-yə məlumat almağa gələndə oranı adi bir kurs kimi görürdüm, yalnız öyrədir və bitir. Yəni tam öyrədə də bilmir sadəcə başa salır. Amma mən Code Academy-yə gələndən sonra işimdə uğur sahibi ola biləcəyim həmlələr, dizayn həmlələri... Bunları gördüm. Bütün bunlar insanı motivə edir ki, gələcəkdə bu peşəni davam etdirsin.

Kursu bitirdikdən sonra layihə ərəfəsi idi. Demək olar ki, 50 faizin bitirmişdim. Müəllimlə əlaqə saxladım. Layihəyə görə bir neçə sual soruşmaq istəyirdim. Müəllim mənə Kamranın nömrəsini verdi. Kamran da Code Academy-nin məzunudur, digital marketinq üzrə. Bu dəqiqə bizdə digital marketinq meneceridir. İş var deyib məni sevindirdi bir növ. İkinci görüşdən mən artıq burda işləməyə başladım. O qədər də çətin olmadı yəni. 6 aylıq kurs müddətinin axırında layihəni də uğurla bitirdim. Məncə artıq özümə dizayner deyə bilərəm.

#GələcəkBurada
#DizaynBurada

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya