Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Qurban

Şahinoğlu

Pasha Bank

,

Cyber threats detection, incidents monitoring and response team, Specialist

Tədris mərkəninə yaxınlaşdıqda həddindən çox tələbənin olduğunu gördüm və düşündüm ki, bu qədər insan bir yerdə səbəbsiz ola bilməz. İlk olaraq tələbələrin ingilis dili biliklərinin hansı səviyyədə olduğunu ölçmək üçün testə cəlb olunduğunu görəndə artıq anladım ki, doğru yerdəyəm.

Kiçik müsahibə və ya həyat hekayəsi

Tədrisə qədər peşəniz

sep-line

Pullman Hotel, Food & Beverage departamentində işləyirdim.

Code Academy-ni seçməkdə qərarınıza təsir edən amillər hansılar olub?

sep-line

Təxminən 3 il əvvəl sosial şəbəkədə Code Academy barədə bir reklam qarşıma çıxdı. O an qərar verdim ki, mərkəzlə maraqlanım. Tədris mərkəninə yaxınlaşdıqda həddindən çox tələbənin olduğunu gördüm və düşündüm ki, bu qədər insan bir yerdə səbəbsiz ola bilməz. İlk olaraq tələbələrin ingilis dili biliklərinin hansı səviyyədə olduğunu ölçmək üçün testə cəlb olunduğunu görəndə artıq anladım ki, doğru yerdəyəm.

Oxuduğun ixtisası seçmək səbəbin?

sep-line

Uşaqlıqdan kompyüterə çox maraq göstərirdim. Həm onların işləmə mexanizmi, həm əməliyyat sistemleri ve fiziki olaraq hansı detallardan ibarət olduğunu bilmek istəmişəm. Code Academy-yə müraciət etdikdə mənə uyğun olan, istəklərimi özündə əks etdiren ixtisasın Sistem Administratorluğu olduğunu gördüm və bu ixtisası seçdim.

Məzun olduqdan sonra yeni iş imkanları və karyera fürsətləri haqqında nə deyə bilərsiniz?

sep-line

Code Academy-də olan macəram təxminən 9 ay çəkdi. Tədrisin sonunda bizə verilən layihə işlərini uğurla bitirməyimdən çox az müddət keçmişdi ki, Azərsun Holding-də Texniki Destek (Help Desk) şöbəsində iş
başladım. Təbii ki, bu sahədə ilk işim olduğu üçün çox sevincli idim. Holding-də 1 il çalışıb yetərincə təcrübe topladıqdan sonra belə qənaətə geldim ki, irəli addımlamaq lazımdır. Sosial şəbəkələrin birində Paşa Bank-ın İnformasiya Texnologiyaları departamentinde vakansiya elan etdiyini gördüm və CV göndərdim. Təxminən 1 ay ərzində 3 uğurlu müsahibədən keçib burada yuxarıda qeyd etdiyim sahə üzrə kiçik mütəxəssis kimi fəaliyyətə başladım. Hal-hazırda eyni şöbədə mütəxəssis kimi fəaliyyətimi davam etdirirem.

Code Academy-də yeni tələbə olanlara və ya gələcəkdə tələbə olmaq istəyənlərə hansı tövsiyələri edərdin?

sep-line

İlk öncə tələbələrə, iş axtaranlara mütəmadi olaraq LinkedIN platformasından istifadə etmələrini tövsiyyə edirəm. Tədris müddətində müəllimimiz Şahin Paşayevin çox böyük əməyi oldu. Əslinde Şahin Paşayevin mənim motivasiyamı yüksəldən çox gözəl bir sözü oldu: – Vaxt gələndə çox yaxşı mütəxəssis olacaqsan:)
Tələbələrə tövsiyyəm çalışın və inanın ki, gələcəkdə çox yaxşı mütəxəssis olacaqsınız!

sistem-administratorlugu-sinifi
sistem-administratorlugu-sinfinde
sistem-administratorlugu-dersi

IT və Kiber Təhlükəsizlik

tədrisi

IT və Kiber təhlükəsizlik dövrümüzdə həyatımızın hər anında olan sahədir. İnformasiya sistemlərinin və texnologiyalarının müasir dövrümüzdə rolunu nəzər alsaq, bu sahənin daha da inkişafı və yaranacaq mütəxəssis ehtiyacı qaçılmazdır. Sektorda hal-hazırda ən çox tələb olunan informasiya texnologiyaları və kiber təhlükəsizlik mövzularını tam əhatə edən tədrisə qoşularaq, gələcəyin peşə sahiblərindən biri ola bilərsən.

Digər hekayələr

Könül

Həsənova

Digital Marketing Professional - DMI Pro​

Aynurə

Mahmudova

Qrafik Dizayn və Vizual Kommunikasiyalar​

Gülsüm

Məmmədova

Qrafik Dizayn və Vizual Kommunikasiyalar​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.