Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Ramil

Əyyubov

Guavapay

,

Middle Linux Administrator

Lotoreya idi. Sistem Administratorluğu ilə bağlı hər hansı bir anlayışım yox idi. Bəxtimi sınadım, həm bəxtimi, həm də akademiyanı :))

Kiçik müsahibə və ya həyat hekayəsi

Tədrisə qədər peşəniz

sep-line

Qrafika mağazasında satıcı. Azərbaycan Texniki Universitetdə informasiya texnologiyaları üzrə bakalavr təhsili almışam. Hal-hazırda AZI-də İnformasiya texnologiyaları və idarəetmə üzrə magistr təhsilimi davam etdirirəm.

Oxuduğun ixtisası seçmək səbəbin?

sep-line

İş yerimi dəyişmək və arzuladığım istiqamət üzrə daha da ixtislaşmaq istəyirdim.

Məzun olduqdan sonra yeni iş imkanları və karyera fürsətləri haqqında nə deyə bilərsiniz?

sep-line

Hətta təhsil aldığım müddətdə fərqli şirkətlərdən təkliflər almağa başladım. Akademiyada təhsilimi bitirdikdən sonra təhsilimi dayandırmadım və beynəlxalq sertifikatlar aldım. Beləcə, hər yarım ildən bir daha yüksək vəzifəyə keçməyə çalışırdım. Akademiyada aldığım təhsil mənim həyat və karyeramda çox gözəl dəyişikliklərə səbəb oldu. Peşəmi, iş yerimi dəyişdim, maaşım artdı və işimi sevdim. Bunun üçün xüsusi olaraq müəllimim Saleh Hacıyev-ə təşəkkür edirəm. .O olmasaydı, indi olduğum yerdə olmazdım!

Code Academy-də yeni tələbə olanlara və ya gələcəkdə tələbə olmaq istəyənlərə hansı tövsiyələri edərdin?

sep-line

İlk növbədə, akademiyadan başqa evdə də, boş vaxtlarında da, hər zaman çox oxumalısan və məzun olduqdan sonra da bunu dayandırmaq lazım deyil. Bütün tələbələrə uğurlar və həyatda öz yerlərini tapmaqlarını arzulayıram.

sistem-administratorlugu-sinifi
sistem-administratorlugu-dersi
sistem-administratorlugu-sinfinde

Sistem və Şəbəkə texnologiyaları

tədrisi

Sistem və şəbəkə şirkətlərin daxiil infrastrukturunu və bulud üzərində olan servislərini idarə etmək üçün olan sahədir. İstənilən yerdən, istənilən cihazdan şirkət işçilərinin və müştərilərin xidmətlərinə etibarlı və fasiləsiz girişini təmin etmək üçün lazımi infrastrukturları qura biləcəksiniz. Sektorda ən çox tələb olunan məhsul və texnologiyaları əhatə edən, mövcud, real həyat ssenarilərinə əsaslanan geniş məzmunlu tədrisə müraciət edərək sistem və şəbəkə sahəsinin arzuladığınız istiqamətində özünüzü inkişaf etdirə və gələcəyin sahələrindən birinə yiyələnə bilərsiniz.

Digər hekayələr

Könül

Həsənova

Digital Marketing Professional - DMI Pro​

Aynurə

Mahmudova

Qrafik və Veb Dizayn​

Gülsüm

Məmmədova

Qrafik və Veb Dizayn​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.