Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Digital Marketinq

Niyə Code Academy-də Digital Marketinq tədrisi?

Certified Digital Marketing Professional

Ətraflı məlumat üçün
Sabir Camalov

"Müsahibələrimin birində digital marketing üzrə biliklərimin olub-olmamasını soruşdular. Təəssüf ki, yox idi bu məndə və araşdırdım..." Sabir Camalovun uğur hekayəsini təqdim edirik.

Adım Sabirdir. Moorget Group reklam agentliyində digital marketinq menecer olaraq çalışıram.Bakalavr təhsilimi Mədəniyyət və İncəsənət Universitetində almışam. O sahədə bir az çalışdım, yəni qısametrajlı filmlər üzərində əsasən ona fokuslanmışdıq. Öz komandamız var idi. Ancaq bunun effektini görmürdüm. Bir müddət marketinq üzrə çalışdım və ondan sonra Türkiyəyə getdim. Müəyyən səbəblərə görə geri dönməli oldum. Geri döndükdən sonra, burda iş axtarmağa başladım. Müsahibələrin birində digital marketinq üzrə biliklərimin olub-olmamasını soruşdular. Təəssüf ki, yox idi bu bilgilər məndə və araşdırdım. YouTube-da online dərslər axtarmağa başladım. Amma gördüm ki, online təhsil almaq məndə alınmır. Code Academy ilə tanış oldum və artıq dərslərə başladım. Bir müddət dərslərdə iştirak edəndən sonra artıq özgüvən yaranmışdı ki, digital biliklərim var və mən işlə təmin olunacağam. Şirkətlər məni yox, mən şirkətləri seçirdim ki, mən hansı şirkətdə işləməliyəm. Hədəf qoymuşdum qarşıma ki, reklam agentlikərinin birində işləyim. Code Academy-ni yaxşı dərəcə ilə bitirdim. Heç üzərindən 1 ay keçmədi, iş təklifi gəldi Moorget Group-dan. Bu təklifin gəlməsi necə oldu? Biz bitirmə layihəsi veririk Code Academy-də. Şirkət rəhbərləri bitirmə layihəmə baxmışdılar, bəyənmişdilər hazırladığım təqdimatı. Ona görə mənə geri dönüş etdilər və hal-hazırda burda digital marketinq meneceri olaraq çalışıram. Yəni əsas hədəfim bunu gələcəkdə akademik olaraq davam etdirmək, müəllimim kimi  bu ixtisası kimlərəsə ötürmək, kimlərəsə çatdırmaqdır. Gənclər nə qədər digital biliklərə yiyələnsələr, o qədər yaxşıdır. Yəni hər sahədə bu keçərlidir. İstər satış olsun, istər xidmət olsun. Hamısında digital-ın böyük önəmi var.

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya