Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Digital Marketinq

Niyə Code Academy-də Digital Marketinq tədrisi?

Certified Digital Marketing Professional

Ətraflı məlumat üçün
Sərxan Abbasov

Sərxan Abbasov qısa müddət marketinq sahəsində işlədikdən sonra digital marketinq sahəsində işləmək qərarına gəlir. Hazırda o, istədiyi sahə üzrə çalışır. 

Adım Sərxandır. Kristal Abşeronda digital marketinq menecer vəzifəsində çalışıram.Beynəlxalq iqtisadi münasibətlər ixtisasından məzunam. Daha sonra MBA proqramına daxil oldum. MBA də oxuyarkən marketinq sahəsinin mənə daha uyğun olduğunun fərqinə vardım. Qərar verdim ki, bu sahədə karyeramı başlatmalıyam. Marketinq sahəsində 1 il işlədikdə artıq bu sahədə trendləri başa düşdüm. Digital marketinqə yönəlməyə başladım. Ənənəvi markentinq strategiyalarından fərqli olaraq, digital marketinqin daha önəmli olduğunu anladım. Çünki digital marketinqi daha yaxşı ölçə bilirsiz. Bunlar şirkətə daha çox perspektiv verir.

Code Academy-yə gəlməyim necə oldu? Code Academy digital marketinq proqramını canlı yayında launch edirdi. Zəmanətli təhsil məni daha çox cəlb elədi. Düşündüm ki, burda təhsil müəyyən dəyərlər üzərində qurulub. Təlimçinin kim olduğu ilə maraqlandım və bu sahədə kifayət qədər təcrübəsi olduğunu öyrəndim. Düşündüm ki, hər bazarın öz əhəmiyyəti olur. Suallarımı cavablandıra bilən, real keyslər üzərində nümunə verə bilən bir təlimçiyə ehtiyacım var idi. Beynəlxalq bir dərəcə almaq olar. Bununla da gələcəkdə iş tapmaq problemi də olmaz. Code Academy-də digital marketinq platforması olaraq bütün istiqamətlərdə vizyon verilirdi. Bu gün daha çox populyar olan SMM-dir və şirkətlər bu gün SMM-ə daha çox önəm verir. Halbuki, digital marketinq təkcə SMM-lə bitmir. Özəlliklə də kontent marketinq bizdə çox zəifdir. Code Academy-də praktikanın olması da çox yaxşıdır. Çünki digital marketinq həm alətlərin tətbiqindən ibarətdir. Adwords platforması olsun, social media olsun bunları tətbiq etmək çox önəmlidir. Code Academy-dən məzun olduqdan sonra Kristal Abşeron şirkətindən təklif gəldi. Bir tikinti şirkəti olaraq reklam bazarında kifayət qədər büdcələri var idi. Bunu həm nəzarət etmək üçün, həm optimallaşdırmaq üçün mütəxəssisə ehtiyacları var idi. Bununla da mən Kristal Abşeronda digital marketinq fəaliyyətimə başladım. Kristal Abşeronda işə başlayandan üç ay sonra DMI imtahanına girdim və Certified Digital Marketing Professional dərəcəsi aldım…

 

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya