Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Qrafik və Veb Dizayn

Niyə Code Academy-də Qrafik və Veb Dizayn təhsili?

Ətraflı məlumat üçün
Şəbnəm Məhərrəmova

Şəbnəm 3 il redaktor işlədikdən sonra 6 ay işsiz qalmağı gözə alaraq tamamilə yeni bir sahəyə keçib. O hazırda TEAS Press Nəşriyyat Evində arzuladığı işlə, qrafik dizaynla məşğuldur.

 

Adım Şəbnəmdir. TEAS Press Nəşriyyatında dizayner vəzifəsində çalışıram.Təhsilim iqtisadiyyat üzrə olsa da, mən həmişə jurnalistika, media sahəsində çalışmışam. 3 ildən artıq redaktor işləmişəm. Mənim istədiyim vəzifə olsa da bir tərəfdən mənə maraqlı gəlmirdi. Amma dizaynerlik həmişə mənə maraqlı gəlib. Az-az olsa da, özüm üçün öyrənməyə çalışırdım. Sonra hiss etdim ki, artıq professional şəkildə öyrənməyə ehtiyac var. Açığı birdən-birə ki, tamamilə sahəmi dəyişmək, redaktorluqdan ayrılıb dizayner sahəsinə addım atmaq mənim həyatda etdiyim böyük risk idi. O necə baş verdi? Sadəcə işdə oturduğum yerdə sosial şəbəkədə Code Academy-nin reklamını gördüm və birdən- birə ağlıma batdı ki, mən artıq bu sahəyə yönəlməliyəm.Sadəcə oxumaq üçün işdən 1 aylıq icazə aldım… İşləyirdim, işdən çıxıb dərsə qaçırdım. Amma artıq gördüm ki, vaxt məhdudiyyəti yaranır. Ona görə də işdən tamamilə ayrılmaqla bağlı qərar qəbul elədim və mənim atdığım ən böyük riskli addım bu idi. Çünki heç vaxt işsiz dayanmamışdım.

Code Academy-də dərslərə başladım və 6 ay işsiz davam elədim. Dərslərin mənim üçün çox böyük xeyri oldu. Çünki bu sahə ilə bağlı çox cüzi məlumatım olsa da professional şəkildə heç vaxt çalışmamışdım. Heç vaxt iş sahəsi barədə bir təcrübəm olmamışdı. Code Academy-dən sonra heç bir ay keçməmiş artıq iş təklifləri almağa başladım. Hal-hazırda işlədiyim TEAS Press Nəşriyyatdan təklif gəldi və dəyərləndirdim. Məncə dizayner üçün Azərbaycanda gözəl bir iş yeridir, uğurlu bir iş yeridir. Code Academy-dən gözləntim elə sona qədər professional şəkildə bu sahə üzrə davam etmək idi. O gözləntimi də qarşıladılar.

#GələcəkBurada 
#DizaynBurada 
#UğurHekayəsiBurada

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya