Arif 5 ildən çoxdur ki, marketinq sahəsindədir. O, bu müddət ərzində 4 fərqli korporativdə işləmişdir. İlk təcrübəsi olan “Mars Academy” şirkətində təhsil sahəsi ilə əlaqədar marketinq köməkçisi vəzifəsində çalışmışdır. Arif burada ənənəvi və digital marketinqlə yanaşı, satışla da bağlı təcrübə qazanmışdır. Bu müddətdə də akademiyamızda Digital marketinq tədrisi almışdır.
Təhsilini bitirdikdən sonra “Bakcell”də Marketinq üzrə təcrübəçi kimi fəaliyyətinə davam etmişdir. “Bakcell”də işlədiyi müddətdə o, “Ulduzum” mobil tətbiqinin yenilənməsi prosesində layihə meneceri olaraq tətbiqin texniki tapşırığının yazılmasından ərsəyə gəlməsinə qədər bütün prosesə nəzarət etmişdir. Paralel olaraq “Ulduzum” loyallıq proqramının bütün digital işlərini də həyata keçirmişdir. Daha sonra Arif “Havas Azerbaijan” qlobal reklam agentliyində Digital marketinq meneceri olaraq fəaliyyətinə davam etmişdir. “Havas”da işlədiyi müddətdə o, “Reckitt Benckiser”, “Lactalis”, “Nar”, “Azərbaycan Beynəlxalq Bankı”, “Danone”, “Code Academy” kimi yerli və qlobal şirkətlərlə işləmək şansı əldə etmişdir. Karyerasının ən uğurlu layihəsinə də elə məhz burada imza atmışdır: “Ürəyində bir arzu tut – TamKart” 360 kampaniyasının digital işlər üzrə layihə meneceri olmuşdur. Arif, həmçinin 2021-ci ilin may ayından etibarən akademiyamızda Marketinq meneceri kimi çalışıb. Burada fəaliyyət göstərdiyi müddətdə veb-saytın yenilənməsi, “Yeni dünyanı kəşf et” kampaniyası kimi layihələrə rəhbərlik etmiş, şirkətin korporativ həllərinin kommunikasiyası ilə bağlı marketinq dəstəyi göstərmişdr. Həmin ilin sentyabr ayından akademiyamızda Digital marketinq tədrisi ilə məşğuldur. Müəllimlik fəaliyyəti dövründə Arif “retail” qruplarla yanaşı, “Nəqşicahan Holdinq” və “NaxTel” şirkətlərinə də korporativ təlimlər keçmişdir.
2022-ci ilin sentyabr ayından etibarən Havas Azerbaijan-da Commercial Director olaraq karyerasına davam edir.