Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Cavid

Əsədullayev

Müəlliminizi siz də tanıyın

sep-line
Proqramlaşdırma təhsilini Code Academy-də alan Cavid bakalavr təhsilini isə İqtisad Universitetinin Biznesin idarəedilməsi ixtisası üzrə tamamlamışdır. İlk iş yeri CA Supply şirkəti olmuş, orada 1 il Satınalma Menecerinin köməkçisi vəzifəsində işləmişdir. Code Academy-də təhsilini uğurla bitirdikdən sonra Akademiyada mentor olaraq fəaliyyətinə davam etmişdir. Proqramlaşdırma sahəsində Front end və Back end bilikləri və təcrübələrini inkişaf etdirmək məqsədilə “Starex” şirkətinin vebsaytını hazırlamışdır. Əlavə olaraq tanınmış kitab mağazalarından olan “Bakumoz” şirkətinin e-commerce vebsaytını və  texno musiqi növü üzrə istiqamətlənən “Bermooda” təşkilatının vebsaytını full stack olaraq bitirmişdir. Daha sonra isə Müəllim Yetişdirmə Proqramına qoşulmuş və uğurla başa vurması nəticəsində hazırda Akdemiyamızda Proqramlaşdırma üzrə İnstruktor olaraq fəaliyyətini davam etdirir.

Tədris etdiyi proqramlar

Fərdi

Full Stack Proqramlaşdırma

350

saat

|

Campus | Online Campus

Code Academy-də keçirilən Proqramlaşdırma üzrə tədris proqramı sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə Proqramlaşdırmanın incəliklərini öyrətmək deyil, eyni zamanda müəssisələrin veb proqramlaşdırmaya olan ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.