Cəmil 2015-ci ildə ADNSU-da Kompüter elmləri üzrə təhsil almağa başlayır. 2016-cı ildə proqramlaşdırmaya olan maraq onu Code Academy-yə gətirib çıxarır. 2016-cı ilin avqust ayında tədrisini başa vurur, freelance olaraq işləməyə başlayır və eyni zamanda Akademiyada mentor olaraq işləyir. Bir neçə il freelance işlədiyi müddətdə dövlət və özəl sektora aid olan layihələr üzərində Front-end developer kimi işləyir.
2017-ci ilin fevral ayından 2018-ci ilin avqustuna qədər Code Academy-də part time front-end developer kimi işləyir. 2018-ci ilin avqust ayından bu günə qədər isə Paşa Bankda Rəqəmsal Laboratoriyada Front-end developer kimi peşə fəaliyyətini davam etdirir.