Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Ceyhun

Bəxtiyarov

Dizayn

UX/UI dizayn üzrə bölmə rəhbəri
PAŞA Həyat Sığorta ASC

Müəlliminizi siz də tanıyın

sep-line
Ceyhun 10 ildir ki, dizayn sahəsindədir. İlkin olaraq memarlıq şirkətində işləmiş Ceyhun, işçi və eskiz layihələrin hazırlanması, əsasən də 3D vizuallaşdırma ilə məşğul olmuşdur. 2018-ci ildə akademiyamızla tanış olaraq burada təhsil almışdır. Təhsilini uğurla bitirdikdən sonra mentor olaraq fəaliyyət göstərmiş Ceyhun bu müddət ərzində müəllimləri ilə birlikdə Tebaterra, Buta Farm və Avromedin saytlarının yenidən dizayn olunması prosesində iştirak etmişdir. 2019-cu ilin əvvəllərində isə PAŞA Həyat Sığorta ASC-də UX/UI Dizayner olaraq işləməyə başlamışdır. 4 ildir ki, burada fəaliyyət göstərən Ceyhun artıq UX/UI dizayn üzrə bölmə rəhbəridir. Fəaliyyəti müddətində o Şəxsi kabinet, Online Müraciət Formunun hazrılanmasında iştirak etmiş, hal-hazırda isə Şəxsi kabinetin mobile tətbiqinin yaradılması prosesi ilə məşğuldur. 2 iyul tarixindən etibarən akademiyamızda UX/UI Dizayn üzrə müəllim köməkçisi, 18 Sentyabrdan etibarən isə instruktor kimi fəaliyyətə başlamışdır.

Tədris etdiyi proqramlar

Fərdi

UX/UI Dizayn

200

saat

|

Campus | Online Campus

Hazırda dünyada tələb olunan sahələrdən biri kimi UX/UI Dizayn əsasən insanların gündəlik həyatında yaşadığı təcrübənin mükəmməlləşdirilməsi və rahatlaşdırılmasına yönəlib. Bu isə öz növbəsində ətrafımızda olan digital və ənənəvi məhsulların, xidmətlərin, həmçinin bizneslərin inkişafına birbaşa müsbət təsir deməkdir. UX/UI Dizaynerin əsas vəzifəsi istifadəçini hər zaman prosesin mərkəzində saxlayaraq onun bizneslə təmas nöqtələrini dərindən araşdırmaq, istifadəçinin qarşılaşdığı […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.