Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Fərid

Rzazadə

Dizayn gözəl ola bilər amma o demək deyil ki, o düzdür. Dizayn hər şeydən əvvəl düzgün olmalıdır.

Müəlliminizi siz də tanıyın

sep-line
Fərid 14 ildir ki, dizayn sahəsində fəaliyyət göstərir. Dizayn fəaliyyətinə Veb dizayner olaraq başlasa da, daha sonra Qrafik dizayn sahəsinə yönəlmişdir. Karyerasının ilk vaxtlarında müxtəlif dizayn studiyalarında Qrafik və Veb dizayner kimi, 2014-2019-cu illərdə isə DDB və FCB qlobal reklam agentliyində Art direktor vəzifəsində işləmişdir. Daha sonra Uptime reklam agentliyində Kreativ direktor olaraq karyerasına davam etmişdir. 2020-2022-ci illərdə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan Kontakt Home-da işləmişdir. Bundan başqa bu illər ərzində Fərid Azercell, Bakcell, Azərbaycan Hava Yolları, Paşa Bank, Kapital Bank, Access Bank, Xırdalan, Bravo, Saffron Group, Topaz, InvestAz kimi yerli, Unilever, Audi, Volkswagen, Mcdonald’s, Holcim, Coca-Cola, Starbucks, Entree və Beeline kimi qlobal şirkətlərlərlə də işləmişdir. O, Azercell və AZAL markalarının rebranding prosesində agentlik adından Dizayn və Art istiqaməti üzrə menecer rolunu uğurla icra etmişdir. Əlavə olaraq Kontakt markasının isə rebranding prosesindən sonra yaradıcı və dizayn kommunikasiyasını formalaşdırmışdır. 23 maydan etibarən Akademiyamızda Korporativ Dizayn rəhbəri olaraq fəaliyyətə başlamış və iyun 2022-ci ildən etibarən isə Qrafik və Veb Dizayn müəllimi kimi də rol alır.

Tədris etdiyi proqramlar

Fərdi

Qrafik Dizayn və Vizual Kommunikasiyalar

360

saat

|

Campus

Qrafik dizayn vizual kommunikasiyaların yaradılması, tərtib olunması və təşviqi üçün istifadə olunan yaradıcı və texniki prosesləri təsvir edir. Bu sahə şəkillər, rənglər, mətn və digər vizual elementlər vasitəsilə bir informasiyanın yaradacılıq tətbiq etməklə izləyiciyə düzgün şəkildə ötürülməsini təmin edir. Qrafik dizayn sahəsi posterlər, kitablar, jurnallar, broşürlər, brendinq qablaşdırma, digital dizayn, hərəkətli dizayn kimi bir çox […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.