Azərbaycan Texniki Universiteti İnformasiya texnologiyaları və Mühəndisliyi fakultəsi məzunu Fərid universitetə daxil olduğu ildən proqramlaşdırma öyrənməyə başlamışdır və bununla yanaşı gənclər təşkilatında çox fəal iştirak edərək bir çox layihələrə qatılmışdır. Həmçinin, Gənclər və İdman nazirliyindən front-end proqramlaşdırma ilə bağlı “Virtual İnkişaf” və “Fantaziyamın rəngləri” adlı 2 qrant layihəsi olmuşdur. Əlavə olaraq regionlarda proqramlaşdırma təlimlərində təlimçi kimi fəaliyyət göstərmişdir. 3-cü kursda Lütfizadənin Amerikada keçirilən 4-cü konfransının saytını və dizayn işlərini təmənnasız görmüşdür. Bunun müqavilində Lütfizadə tərəfindən 1 həftəlik Kaliforniyanın Berkeley universitetinə dəvət almışdır. Təhsili aldığı müddətdə freelance layihələrlə yanaşı müxtəlif kiçik kurslarda müəllim kimi işləmişdir. Daha sonra Fərid 2015-ci ildə Aprel döyüşləri ərəfəsində hərbi xidmət keçmişdir və ordadan qayıtdıqdan sonra bir müddət proqramlaşdırma sahəsindən kənar qalmışdır. Bir mağazalar şəbəkəsində satıcı işləyib oradan müəyyən qədər vəsait yığdıqdan sonra Code Academy-ə gəlmişdir. Burada müəllimi ilə sıx əlaqədə olmuş və tədrisi bitirdikdən sonra həmin müəllimin müxtəlif freelance işlərində işləyərək bilik və təcrübə qazanmışdır. Fərid hazırda Azərbaycan Dövlət Gömrük komitəsində işləyir. 1 noyabr 2021-ci ildən etibarən isə akademiyamızda Proqramlaşdırma müəllimi olaraq fəaliyyət göstərir.