Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Fuad

Qonaqov

Dizayn

Qrafik dizayner
Paradox Branding Studio

Müəlliminizi siz də tanıyın

sep-line
Fuad 15 ildən çoxdur ki, qrafik dizayn sahəsindədir və bu müddət ərzində o, fərqli dizayn şirkətlərində işləmişdir. İlk təcrübəsi təhsil sahəsi ilə əlaqədar olmuş və “Magnum Agency” şirkətində Qrafik dizayner olaraq fəaliyyət göstərmişdir. Fuad burada qrafik dizayn ilə yanaşı veb dizaynla da bağlı təcrübə qazanmışdır və Amnesty International Türkiyə söbəsi üçün imza kampaniyasını dəstəkləyən sosial reklamın, Muğan Bank üçün İllik hesabatın hazırlanmasında iştirak etmişdir. Təhsilini bitirdikdən sonra “Baxçasaray”da Qrafik dizayner vəzifəsində fəaliyyətinə davam etmiş və Bakı şəhərində tanınmış Maestro, Il Mosaica, Avenue, Hong Kong Chinese və digər bizneslərin brendinqini hazırlamışdır. Daha sonra Fuad “Paradox Branding Studio”da Qrafik dizayner vəzifəsində fəaliyyətinə davam etmişdir. Burada işlədiyi müddətdə Fuad “SOCAR Polymer” zavodunun açılışının dizaynında fəal iştirak etmişdir. Bundan əlavə, “Tufandağ” istirahət mərkəzinin brend üslubunu, “İçərişəhər”in xəritəsini, “Formula 1” üçün promo məhsullarını və “2017 Baku Marshal’s Club” üçün maskot hazırlamışdır. Fuad 6 dekabr 2021-ci ildən etibarən akademiyamızda Qrafik və Veb Dizayn müəllimi olaraq fəaliyyət göstərir.

Tədris etdiyi proqramlar

Fərdi

Qrafik və Veb Dizayn

330

saat

|

Campus

Code Academy-dəki Qrafik və Veb Dizayn təhsili sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Məqsəd sadəcə texniki mütəxəssis hazırlamaq deyil, eyni zamanda dizaynın əsaslarını tələbələrə öyrədərək, sahib olduqları xəyal güclərini reallığa çevirmələrinə imkan yaratmaqdır. Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd təkcə Veb Dizayn və Qrafikanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.