Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Günay

Əliyeva

Məhsul Dizayneri
Express Bank

Müəlliminizi siz də tanıyın

sep-line
Bakalavr təhsilini Bakı Dövlət Universitetində Kompüter Elmləri ixtisası üzrə bitirən Günay məzun olduqdan sonra 2020-ci ildə Code Academy-də Qrafik və Veb dizayn tədrisinə başlamış və tədrisi yüksək şərəf diplomu ilə bitirib. Həmin ildə rəsm çəkməyə başlayaraq qısa müddətdə uğurlu nəticələr əldə edib. Günay 2 ilə yaxındır ki, dizayn sahəsindədir və ilk təcrübəsinə ATL Tech şirkətində UI/UX Dizayn üzrə intern olaraq başlayıb, təcrübə müddətini uğurla başa vuraraq 1 il müddətində UI/UX Dizayner olaraq fəaliyyət göstərib. Həmin illərdə paralel olaraq freelance layihələrlə təcrübəsini daha da artırmağa davam edib. A-Group sığorta şirkəti üçün mobil tətbiq, Dövlət Vergi Xidməti üçün daxili sistem, Time Academy vebsaytı kimi layihələrin veb dizaynını hazırlayıb. Əlavə olaraq Rizvan Bağırlının Tipoqrafika kitabında da Günayın dizaynları yer alıbdır. Qeyd edək ki, Günay hal-hazırda Expressbankda Məhsul Dizayneri olaraq da fəaliyyətinə davam edir. 2021-ci ildən Code Academy-də müəllim yetişdirmə proqramına qoşularaq uğurla məzun olan Günay 23 may tarixindən etibarən Qrafik və Veb dizayn üzrə İnstruktor olaraq akademiyamızda fəaliyyətinə başlayıb.

Tədris etdiyi proqramlar

Fərdi

Qrafik və Veb Dizayn

330

saat

|

Campus

Code Academy-dəki Qrafik və Veb Dizayn təhsili sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Məqsəd sadəcə texniki mütəxəssis hazırlamaq deyil, eyni zamanda dizaynın əsaslarını tələbələrə öyrədərək, sahib olduqları xəyal güclərini reallığa çevirmələrinə imkan yaratmaqdır. Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd təkcə Veb Dizayn və Qrafikanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.