Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Günay

Əliyeva

Məhsul Dizayneri
Express Bank

Müəlliminizi siz də tanıyın

sep-line
Bakalavr təhsilini Bakı Dövlət Universitetində Kompüter Elmləri ixtisası üzrə bitirən Günay məzun olduqdan sonra 2020-ci ildə Code Academy-də Qrafik və Veb dizayn tədrisinə başlamış və tədrisi yüksək şərəf diplomu ilə bitirib. Həmin ildə rəsm çəkməyə başlayaraq qısa müddətdə uğurlu nəticələr əldə edib. Günay 2 ilə yaxındır ki, dizayn sahəsindədir və ilk təcrübəsinə ATL Tech şirkətində UI/UX Dizayn üzrə intern olaraq başlayıb, təcrübə müddətini uğurla başa vuraraq 1 il müddətində UI/UX Dizayner olaraq fəaliyyət göstərib. Həmin illərdə paralel olaraq freelance layihələrlə təcrübəsini daha da artırmağa davam edib. A-Group sığorta şirkəti üçün mobil tətbiq, Dövlət Vergi Xidməti üçün daxili sistem, Time Academy vebsaytı kimi layihələrin veb dizaynını hazırlayıb. Əlavə olaraq Rizvan Bağırlının Tipoqrafika kitabında da Günayın dizaynları yer alıbdır. Qeyd edək ki, Günay hal-hazırda Expressbankda Məhsul Dizayneri olaraq da fəaliyyətinə davam edir. 2021-ci ildən Code Academy-də müəllim yetişdirmə proqramına qoşularaq uğurla məzun olan Günay 23 may tarixindən etibarən Qrafik və Veb dizayn üzrə İnstruktor olaraq akademiyamızda fəaliyyətinə başlayıb.

Tədris etdiyi proqramlar

Fərdi

Qrafik Dizayn və Vizual Kommunikasiyalar

360

saat

|

Campus

Qrafik dizayn vizual kommunikasiyaların yaradılması, tərtib olunması və təşviqi üçün istifadə olunan yaradıcı və texniki prosesləri təsvir edir. Bu sahə şəkillər, rənglər, mətn və digər vizual elementlər vasitəsilə bir informasiyanın yaradacılıq tətbiq etməklə izləyiciyə düzgün şəkildə ötürülməsini təmin edir. Qrafik dizayn sahəsi posterlər, kitablar, jurnallar, broşürlər, brendinq qablaşdırma, digital dizayn, hərəkətli dizayn kimi bir çox […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.