Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Hüseyn

Aşurlu

Proqramlaşdırma üzrə müəllim
Code Academy

Müəlliminizi siz də tanıyın

sep-line
Hüseyn Bakalavr təhsilini Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyat üzrə bitirmişdir. Hüseyn 3 ildən çoxdur ki, proqramlaşdırma sahəsindədir və bu müddət ərzində o, 3 fərqli korporativdə işləmişdir. İlk təcrübəsi məhz proqramlaşdırma sahəsi ilə əlaqədar olmuşdur və 1 il yarım Proqramçı Təlimçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə 7 qrupa proqramlaşdırma təlimi keçmişdir. 2019-2020-ci illərdə turizm, elektron ticarət, media, səhiyyə sahələrində 10-a yaxın real layihə üzərində Proqramçı və Komanda rəhbəri kimi işləmişdir. Layihələrə “khazar.travel”, ”k-ugur.az” ,”bishinti.az”, ”fuadismayilov.az” daxildir. Bundan başqa Hüseyn son 2 ildə online formada 100-dən artıq tələbəyə təlim keçmişdir. Ən son iş yeri isə TuranBank ASC olmuşdur. Orada “Software Engineer” kimi işlədiyi 6 ay müddətində “Fixed Assets”,  “Card Update and Account Statement” və “Azerbaijan Credit Bureau”modulları üzrə işləmişdir. 2022-ci il yanvar ayından etibarən isə akademiyamızda Proqramlaşdırma müəllimi olaraq fəaliyyətini davam etdirir.

Tədris etdiyi proqramlar

Fərdi

Full Stack Proqramlaşdırma

350

saat

|

Campus | Online Campus

Code Academy-də keçirilən Proqramlaşdırma üzrə tədris proqramı sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə Proqramlaşdırmanın incəliklərini öyrətmək deyil, eyni zamanda müəssisələrin veb proqramlaşdırmaya olan ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.