Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Hüseyn

Həsənli

Müəlliminizi siz də tanıyın

sep-line
Hüseyn 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə Türkiyənin məşhur Ege universitetində kompüter elmləri üzrə doktorantura təhsil pilləsini gənc yaşda – 29 yaşında uğurla başa vurmuşdur. Hüseyn 10 ildən çoxdur ki, Proqramlaşdırma sahəsindədir və bu müddət ərzində o, 3 fərqli korporativdə işləmişdir. İlk təcrübəsi Yapı Kredi Bank Azərbaycan şirkətində Proqram təminatı üzrə mühəndis və qrup lideri olmuşdur. Hüseyn burada İnternet bankçılığı layihəsi ilə yanaşı «Data warehouse – MIS», «Legal tracking system using data mining approach» və «SMS notification» layihələrində geniş təcrübə qazanmışdır. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində GIS (Coğrafi məlumat sistemləri) sektorunun müdiri vəzifəsində fəaliyyətinə davam etmiş, burada işlədiyi müddətdə o, «Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sistemi» və «Ünvan reyestri informasiya sistemi» layihələrinə rəhbərlik etmişdir. Bununla yanaşı, «Torpaqların elektron kadastr uçotu informasiya sistemi» layihəsinin koordinatoru kimi işləmişdir. Hüseyn paralel olaraq Türkiyə Ege Universitetində «Azərbaycandan atılan tvitlərin coğrafi məkanından istifadə edilərək analiz edilməsi» elmi araşdırmasını da həyata keçirmişdir. Daha sonra Hüseyn Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən dəvət almış və orada İnformasiya texnologiyaları və elektron resursların idarə edilməsi şöbəsində fəaliyyətini davam etdirir. Hüseyn həmçinin IT məhsullarının yaradılmasında vacib amillər hesab olunan – mühəndislik və idarəetmə sahələrində geniş təcrübəyə malikdir. Proqram təminatının yaradılması üçün yüksək mühəndislik təhsil və təcrübəsinə malikdir. O, “.Net” və “Python” texnologiyaları ilə bir çox layihə hazırlamış və bir çox layihələrə də rəhbərlik etmişdir. 23 aprel tarixindən etibarən isə akademiyamızda Proqramlaşdırma üzrə İnstruktor olaraq fəaliyyətinə davam edir.

Tədris etdiyi proqramlar

Fərdi

Full Stack Proqramlaşdırma

350

saat

|

Campus | Online Campus

Code Academy-də keçirilən Proqramlaşdırma üzrə tədris proqramı sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə Proqramlaşdırmanın incəliklərini öyrətmək deyil, eyni zamanda müəssisələrin veb proqramlaşdırmaya olan ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.