Hüseyn Hüseynov İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda aldığı bakalavr təhsili ilə yanaşı, əlavə olaraq mübadilə proqramı ilə Praqadakı Karlov Universitetində təhsil alıb. Ali təhsilinin artıq 3-cü ilindən etibarən Nar telekommunikasiya operatorunda karyerasına başlayıb və işlədiyi marketinq sahəsi üzrə Econsultancy (London) kimi çoxsaylı əhəmiyyətli təlimlər alıb. Şirkətdə olan 6 illik təcrübəsinin 5 ilini Digital Marketinq komandasında işləyib. Digital marketinq menecer vəzifəsində olduğu müddətdə qlobal reklam agentliyi Havas Media Azerbaijan–dan gələn iş təklifini dəyərləndirib və hazırda da karyerasını orada Digital Direktor olaraq davam etdirir.
Peşəkar karyerası müddətində Nar-ın “Bakı 2015” Avropa Olimpiya Oyunları, rebrendinq, korporativ veb-saytın yaradılması və Cannes Lions mükafatına layiq görülən Nar Donor kimi layihələrində, Havas Media Azerbaijan-da isə Kapital Bank (#gozleme), Azərbaycan Beynəlxalq Bankı (Tamkart), Nar, Hyundai, Danone kimi müxtəlif yerli və qlobal şirkətlərin iri layihələrində iştirak edib. Digital Marketinq İnstitutunun (DMI) təlimçi sertifikatına yiyələnən Hüseyn müəllim 2018-ci ildən etibarən Code Academy komandasında digital marketinq tədrisi ilə məşğuldur.