Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

İlkin

Baxışlı

IT və Kiber Təhlükəsizlik

Texniki dəstək üzrə menecer
ADA Universiteti

Müəlliminizi siz də tanıyın

sep-line
10 ildən çox İT sahəsində fəaliyyət göstərən İlkin bu müddət ərzində çox sayda dövlət və özəl müəssisələrdə işləmişdir. İlk rəsmi təcrübəsi AzərEnerji ASC-də olmuşdur və professional karyerasına IT Helpdesk Texnik olaraq başlamışdır. Orada kifayət qədər özünü inkişaf etdirdikdən sonra ADA Universitetinin vakansiya elan etdiyini görüb müraciət etmişdir. Bütün mərhələlərdən uğurla keçdikdən sonra ADA universitetində Helpdesk Koordinator kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində İlkin özünün şəbəkə sahəsi üzrə bacarıqlarını nemayiş etdirmiş və Şəbəkə Mühəndisi vəzifəsinə layiq görülmüşdür. Universitetin iki yeni binasının bütün şəbəkə sisteminin planlanmasından tətbiqinə qədər hər şeyi öz komanda yoldaşı ilə birlikdə həll etmişdir. Daha sonra rəhbərlikdən gələn “Texniki dəstək üzrə menecer” təklifini dəyərləndirmişdir və hal-hazırda da həmin vəzifə üzrə işləməyə davam edir. İlkin 2021-ci il 15 noyabr tarixindən etibarən akademiyamızda IT Helpdesk müəllimi olaraq fəaliyyət göstərir.

Tədris etdiyi proqramlar

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.