Kamran Babaşov, Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda bakalavr təhsili alaraq, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil müddətində əlavə olaraq, mübadilə proqramları ilə ABŞ-ın top universitetlərindən sayılan Duke Universitetinin, Çexiyanın Karlov və Macarıstanın CEU universitetlərinin təlimlərində iştirak etmişdir.
Peşəkar karyerasında marketinq fəaliyyətinə İdman Marketinqi sahəsində başlamış, daha sonra Mobil Telekommmunikasiya, Turizm və Bankçılıq sferalarında marketinq fəaliyyəti ilə məşğul olmuşdur.
Ölkənin öndəgedən mobil operatorlarından olan Nar-da iri layihələrin həyata keçirilməsi üçün ənənəvi Marketinq, qlobal e-commerce platforması olan www.HalalBooking.com-da isə Avropa, Cənub-şərqi Asiya, Yaxın Şərq və Şimali Afrikada rəqəmsal satışın artımı üçün Digital Marketinq sahəsində yüksək bilik və peşəkarlıq nümayiş etdirmişdir.
Qlobal Digital Marketinq təcrübəsinə yiyələnmək Kamran müəllimə Səudiyyə Ərəbistanı, Küveyt, Qazaxıstan və Türkiyə kimi ölkələrdə müxtəlif Digital Marketinq lahiyələrinin reallaşdırılmasına da səbəb olmuşdur. Hal-hazırda ölkənin Birinci Bankı – Kapital Bankda Digital Marketinq meneceri, həmçinin bankın rəqəmsal satışının artırılması və detallı “sales funnel”-in qurulmasını təmin edən “Digital Transformasiya” proyektinin meneceri olaraq çalışır.
Digital Marketinq İnstitutunun (DMI) təlimçi sertifikatına yiyələnən Kamran müəllim 2020-ci ildən etibarən Code Academy komandasında Digital Marketinq tədrisi ilə məşğuldur.