Knyaz Yaqubov 10 ildir ki dizayn ilə məşğuldur. Müxtəlif mətbəələrdə, reklam şirkətlərində, Safaroff Creative Agentliyində qrafik və veb dizayner olaraq fəaliyyət göstərmiş, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzində dizayn rəhbəri vəzifəsində çalışmışdır. Bu günə qədər bir çox bootcamp-larda iştirak etmiş və bir çox dizayn müsabiqələrinin qalibi olmuşdur. Adobe Certified Expert (ACE) ünvanına sahib olan Knyaz Yaqubov 2017-ci ildən Code Academy komandasına qoşulub. Knyaz müəllim akademiyada Qrafik və Veb Dizayn tədris proqramının rəhbəri olaraq fəaliyyət göstərir.