Niyazi hazırda Ada Universitetində Kompüter Elmləri üzrə bakalavr təhsili alır. O, universitetə qəbul olunmamışdan əvvəl Code Academy-nin proqramlaşdırma tədrisinə qoşulmuş və uğurla bitirmişdir. Tədrisini bitdirdikdən sonra isə təcrübəçi kimi E-gov-da Python Back End developer vəzifəsində fəaliyyət göstərməyə başlamışdır. Daha sonra Niyazi 2022-ci ilin fevral ayında “Kassavirtanen Oy” şirkətində Junior Full Stack developer kimi işə başlamışdır. Orada bir neçə ay fəaliyyət göstərdikdən sonra isə “Awwcor Inc.” şirkətində Back End developer kimi işləmiş, 2022-ci ilin iyun ayında isə paralel olaraq “Smart UI” şirkətində Front End React developer kimi fəaliyyət göstərməyə başlamışdır. Niyazi hazırda BP şirkətində Software Engineer kimi karyerasını davam etdirir. 11 aprel tarixindən etibarən isə akademiyamıza Proqramlaşdırma üzrə instruktor olaraq qoşulmuşdur.