Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Özal

Əhmədov

Müəlliminizi siz də tanıyın

sep-line
Özal Ahmet Yesevi Universitetində Sənayə Mühəndislik fakültəsi üzrə təhsil almışdır. 10 ilə yaxın inşaat sahəsində olan fəaliyyəti zamanı o, bir çox şirkətlərdə işləmişdir. Gəmiqaya Holding və Dizayn Holdingdə çalışdığı müddət ərzində bir çox dövlət layihələrinin hazırlanmasında, şəxsi ev və obyektlərin tikintisində aktiv iştirak etmişdir. Belə ki, fəaliyyəti zamanı həyata keçirdiyi layihələrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Ekologiya Nazirliyində eskiz layihə, planlama, fasad dizaynı, Smokkin Lounge-nin eskiz layihəsi, planlama və interyer dizaynı daxildir. Bundan başqa Özal bir neçə yaşayış binasının memarlıq layihələrini də hazırlamışdır. 18 dekabr tarixindən etibarən isə akademiyamızda Digital Memarlıq və 3D müəllimi olaraq fəaliyyət göstərir.

Tədris etdiyi proqramlar

Fərdi

Digital Memarlıq və 3D

230

saat

|

Campus | Online Campus

Yeni texnologiyalar sayəsində artıq öz xəyallarımızı bir neçə saat ərzində reallaşdıra bilərik. Arzu etdiyimiz ev dizaynı, mebel dizaynı, otaqda etmək istədiyimiz dəyişikliyi kompüter arxasında əyləşərək qısa müddətdə vizuallaşdıra və eyni zamanda texniki olaraq işləyən layihə yarada bilərik. Digital Memarlıq və 3D tədris proqramımız öz xəyalını reallaşdırmaq istəyən hər kəsə bu imkanı yaradır. Code Academy-nin Autodesk […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.