Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Pərvin

İsmayılov

Dizayn

Architect and Founder
Pi Architects

Müəlliminizi siz də tanıyın

sep-line
Təhsilini Türkiyənin Yıldız Teknik Universitetinin Memarlıq fakultəsində alan Pərvin İsmayılov tələbəlik illərindən artıq işləməyə başlayıb. Türkiyədə Bayraktar Holdingdə memar kimi işləmiş və VİA Port alış-veriş mərkəzi layihəsinin hazırlanmasında aktiv iştirak etmişdir. Daha sonra karyerasını Gəmiqaya Holdinqdə Baş Memar olaraq davam etdirmişdir. Pərvin müəllimin iştirakı ilə 2014-cü ildə İstanbul Corner, 2015-ci ildə Batumidə Divan otellərinin ilk Divan Suite daha sonra Naxçıvan Atçılıq Mərkəzi, Məscid layihəsi, Bakıda Xətai İstirahət Parkı kimi layihələr hazırlanmışdır. Onu da qeyd edək ki, Xətai İstirahət Parkı Azərbaycanda qızıl nisbətlə hazırlanan ilk parkdır. 2015-ci ildən etibarən Pərvin müəllim özünün də təsisçisi olduğu Pi Memarlıq şirkətində fəaliyyətini davam etdirir. 2019-cu ildə Code Academy ailəsinə qoşulan Pərvin müəllim hal-hazırda Digital Memarlıq və 3D tədrisi ilə məşğuldur.

Tədris etdiyi proqramlar

Fərdi

Digital Memarlıq və 3D

280

saat

|

Campus

Yeni texnologiyalar sayəsində artıq öz xəyallarımızı bir neçə saat ərzində reallaşdıra bilərik. Arzu etdiyimiz ev dizaynı, mebel dizaynı, otaqda etmək istədiyimiz dəyişikliyi kompüter arxasında əyləşərək qısa müddətdə vizuallaşdıra və eyni zamanda texniki olaraq işləyən layihə yarada bilərik. Digital Memarlıq və 3D tədris proqramımız öz xəyalını reallaşdırmaq istəyən hər kəsə bu imkanı yaradır. Code Academy-nin Autodesk […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.