Qumral Dizayn sahəsinə 2017-ci ildə Code Academy-nin Qrafik və Veb Dizayn tədrisini bitirməklə başlayıb. Məzun olmadan Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən məktəbəqədər hazırlıq mərkəzində Junior Veb dizayner kimi, 2018-ci ildən isə 2 il müddətində ilk olaraq Junior dizayner, daha sonra Aparıcı Veb dizayner olaraq Safaroff Creative Agentliyində işləmişdir. Buradaki fəaliyyəti müddətində Qumral MilliÖn, BOS Shelf, ADRA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Absheron Logistics Center, Central Baku, Grape and Wine Festival, Museums of Azerbaijan və Koronovirusinfo.az kimi saytların UI dizaynını hazırlamışdır. 2020-ci ildən etibarən PAŞA Bankda ilk olaraq UX üzrə mütəxəssis, 2022-ci ildən isə Baş Məhsul Dizyner kimi fəaliyyət göstərir. Bu illər ərzində PAŞA Bankın Miles&Smiles kartları, Əməkhaqqı layihəsi, Biznes kartlar və POS-terminallarım məhsul dizayneri olaraq fəaliyyət göstərmişdir. Həmçinin, 2021-ci ildə İkinci Qarabağ müharibəsi zəfərinə həsr olunan “Qarabağ” kartlarınının da məhsul dizayneri olmuşdur. Hal-hazırda PAŞA Bankın ümumi Dizayn komandasının Lead of Community vəzifəsini də icra edir. Qumral akademiyamızda keçirilən Müəllim Yetişdirmə Proqramından uğurla məzun olaraq bir müddət müəllim köməkçisi kimi işləmişdir. İyul ayından etibarən isə artıq UX/UI Dizayn üzrə instruktor kimi fəaliyyətinə davam edir.