Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Rakif

Ramazanov

Müəlliminizi siz də tanıyın

sep-line
Rakif 2020-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika fakültəsinin İnformasiya Texnologiyaları ixtisasının bakalavr pilləsini, 2022-ci ildə isə həmin universitetin Kompüter təhlükəsizliyi ixtisası üzrə magistr təhsilini bitirmişdir. Proqramlaşdırmaya olan marağı universitetin ilk ilində yaranmış, ilk öncə C/C++ dilləri üzrə məşğul olmuşdur. Daha sonra 2018-ci ildə Code Academy-ə qəbul olan Rakif tədrisini uğurla başa vurduqdan sonra professional şəkildə proqramlaşdırma üzrə fəaliyyət göstərməyə başlamış və yerli şirkətlərdən Cybernet-də React Developer kimi işləmişdir. Rakif beynəlxalq logistika şirkəti üçün naviqasiya app-in yazılması üzrə xarici və vergi idarəetmə sisteminin yazılması üzrə yerli layihədə iştirak etmişdir. Bunlarla yanaşı Rakif 2 ildən çox müəllimlik fəaliyyəti də göstərmişdir. Hazırda Azerconnect-də Senior Frontend Developer olaraq fəaliyyət göstərir. 26 oktyabr 2022-ci ildən etibarən isə akademiyamıza Proqramlaşdırma üzrə instruktor olaraq qoşulmuşdur.

Tədris etdiyi proqramlar

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.