Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsi məzunu Sərvər bank, sığorta, turizim sektorlarında 8 ildən çox təcrübəyə sahib Google Partner dərəcəli rəqəmsal marketinq mütəxəssisidir. Marketinq fəaliyyətinə Gemikaya Holding-də başlayan Sərvər daha sonra Enactus layihəsində proqram direktoru, “MƏN” korporativ brending şirkətində rəqəmsal marketinq mütəxəssisi, habelə FINCA Azərbaycanda reklam şöbəsinin rəhbəri kimi vəzifələrdə işləmişdir. 2016-cı ildən Azərbaycanın aparıcı sığorta şirkəti hesab olunan AzSığorta-da e-ticarətə rəhbərlik edib. Burada həm b2c, həm də b2b səviyyələrində rəqəmsal satışlardan məsul olub. Hazırda Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının rəqəmsal marketinq departamentinə rəhbərlik edir. Bu vəzifədə, kredit və kart məhsullarının rəqəmsal satışından, SEO, SEM, PPC, e -poçt marketinqi və s. kimi proseslərin icrasına nəzarət edir.