Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Şahin

Paşayev

Sistem və Şəbəkə texnologiyaları

Əvvəllər oxumağa kitab tapılmırdı, indi isə insanlarda iradə tapılmır. İradəsi möhkəm və həvəsi olan adam çox şeyə qadirdir. İnsan həmişə sevdiyi işlə məşğul olmalıdır və bu həvəsi daha qırılmaz edən isə iradədir. Əziz tələbələr sizi həmişə həvəsli və iradəli olmağı arzulayıram.

Müəlliminizi siz də tanıyın

sep-line
Azərbaycan Dövlət Neft Akademiyasının informatika və hesablama texnikası fakultəsini bitirib. Bir sıra müəssisələrdə İnformasiya Texnologiyaları sahəsində çalışdıqdan sonra o, professional olaraq 2011-ci ildə “Veysəloğlu Şirkətlər Qrupu” -da işə başlayıb və hazırda “Azerbaijan Supermarket LLC” -də İT sistemləri üzrə baş mühəndis olaraq fəaliyyətini davam etdirir. Bir sıra Microsoft, Cisco, HPE sertifikatlarının sahibi olan Şahin Paşayev 2018-ci ildən Code Academy komandasına qoşulub. O, Sistem Administratorluğu tədris proqramı üzrə dərslər keçir.

Tədris etdiyi proqramlar

Fərdi

Sistem və Bulud texnologiyaları

220

saat

|

Campus | Online Campus

Bu gün bütün şirkətlər gündəlik əməliyyatlarını idarə etmək üçün kompüter sistemləri və serverlərindən istifadə edir. Sistem administratorları servisin əlçatanlığını, təhlükəsizliyini və elastikliyini təmin etmək üçün sistemləri daxili mühitdə idarə edib, yeniləyərkən, bulud administratorları bu prosesi xarici mühitdə, yəni bulud infrastrukturunda həyata keçirir.​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.