Şöhrət Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter Mühəndisliyi ixtisasında təhsil alıb. 2015-ci ildən müqavilə ilə BakuBus MMC-də Qrafiklər üzrə mütəxəssis, 2017-ci ildən Qrafiklər üzrə baş mütəxəssis vəzifəsində işləməyə başlayıb. Parelel şəkildə Code Academy-də proqramlaşdırma tədrisinə başlayıb və uğurla bitirib. Dekabr ayından Code Academy-də mentor kimi işləməyə başlayıb.
2019-cu ildən Proqnozlaşdırma və daxilolmalara nəzarət sektor müdiri vəzifəsində işləyir. 2018-ci ildən paralel olaraq BakuBus-da ERP application yazmağa başlayıb və həmin il ilk proqramın tətbiqinə başlanılıb, hal-hazırda ikinci və daha böyük erp application test müddətindədir. 2019-cu ildə Code Academy-də Proqramlaşdırma müəllimi kimi fəaliyyətə başlayıb. Çox çətin yol keçsədə nəhayət ki, sevdiyi işi görür və məqsədi hər gün daha da inkişaf etməkdir.